/ / Erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktları xalqımızın qan yaddaşından silinməyəcək
Erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktları xalqımızın qan yaddaşından silinməyəcək
01.04.2014 [09:29]
Azərbaycanın Qarsdakı baş konsulluğu 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, son iki yüz ildə erməni millətçilərinin və onların havadarlarının azərbaycanlılara qarşı apardıqları soyqırımı və deportasiya siyasəti xalqımızın qan yaddaşından heç zaman silinməyəcək.
1918-ci ilin mart qırğınları xalqımıza qarşı zaman-zaman həyata keçirilən soyqırımı aktlarından biridir. Erməni-bolşevik quldur dəstələri 1918-ci il martın 30-dan aprelin 2-dək Bakıda və Bakı quberniyasının müxtəlif bölgələrində kütləvi qırğınlar törədiblər.
Mart qırğını zamanı Şamaxıda, Zəngəzurda, Qubada və Azərbaycanın digər bölgələrində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, yerli əhali qətlə yetirilib. Erməni daşnakları xüsusilə Bakıda minlərlə azərbaycanlının həyatına son qoyub, tarixi abidələri məhv ediblər. Eyni zamanda, 1918-1920-ci illərdə Azərbaycanın yüzlərlə şəhər və kəndi, o cümlədən Qarabağın dağlıq hissəsində azərbaycanlıların yaşadıqları 150 kənd dağıdılıb, soydaşlarımız misli görünməmiş amansızlıqla qətlə yetiriliblər.
Məlumatda diqqətə çatdırılır ki, erməni millətçilərinin xalqımıza qarşı təcavüzü hələ də davam etməkdədir. Siyasi-ideoloji təxribat və dezinformasiya sahəsində zəngin təcrübəyə malik erməni milliyyətçiləri və xaricdəki erməni lobbisi ölkəmizə qarşı əsl niyyətlərini gizlədərək, hiyləgər üsullarla dünya xalqlarını çaşdırmağa və XX əsrdə törətdikləri qırğın və işğalları unutdurmağa çalışırlar.
Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ilə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü olaraq elan edilib. Bu Fərman XX əsrdə Azərbaycan xalqına yönəlmiş soyqırımı cinayətinin bugünkü və gələcək nəsillərə çatdırılması, bütün dünyada 1918-ci ilin mart qırğınlarına siyasi qiymət verilməsi baxımından olduqca mühüm bir sənəddir.
Eyni zamanda məlumatda 1918-ci ildə Qafqaz İslam Ordusunun azərbaycanlılarla birlikdə erməni quldur dəstələrinə qarşı mübarizə aparması yer alıb. Məlumatda qeyd edilir ki, xilaskar Qafqaz İslam Ordusunun timsalında bütün türk xalqına minnətdarlığımızı bildirir, Azərbaycan torpaqlarında canlarından keçmiş əsgərlərə isə Uca Tanrıdan rəhmət diləyirik.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

