/ / Gənclərin iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb
Gənclərin iştirakı ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb
31.05.2014 [09:35]
Mayın 30-da Azərbaycan Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə “Xalq qəzeti” redaksiyasının iclas zalında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı seminar keçirilib.
AzərTAc xəbər verir ki, seminarda yaşlı jurnalistlərlə yanaşı, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin tələbələri və fəal gənclər də iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, yaşlı və gənc jurnalistlərin görüşünü təşkil etməkdə məqsəd son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrarlanmamasına çalışmaqdır. Bununla yanaşı, bu tədbir gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla bərabər, dünya ictimaiyyətinin Qarabağ həqiqətləri haqqında daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə vermək məqsədi daşıyır.
“Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov isə mövzunun aktuallığını diqqətə çatdırıb. Bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin başladığı dövrlərdə jurnalistlər tarixi mənbələr tapmaqda çətinlik çəkirdilər. Lakin Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması bu münaqişənin mətbuatda işıqlandırılmasında yeni bir səhifə açıb. İndi bu mövzu kifayət qədər işlənilib. Artıq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yüzlərlə kitab yazılıb və çoxlu sayda filmlər çəkilib.
Həsən Həsənov ermənilərin məkrli niyyətlərini və planlarını açıb göstərən tutarlı tarixi faktları da iştirakçıların diqqətinə çatdırıb.
Sonra Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, BDU-nun professoru Cahangir Məmmədli, tanınmış jurnalist Məzahir Süleymanzadə və başqaları çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri və acı nəticələrindən söhbət açıblar. Bildirilib ki, Ermənistanın apardığı təcavüzkar siyasət nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal olunub, o cümlədən Dağlıq Qarabağda yaşayan azərbaycanlılara böyük maddi və ağır mənəvi zərbələr vurulub. Ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə əməliyyatları həyata keçiriblər. Bu təcavüzkar siyasət nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkünə çevrilib. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılması barədə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrin tələblərinə məhəl qoymayan Ermənistan işğalçılıq siyasətini davam etdirir.
Vurğulanıb ki, Ulu öndər Heydər Əliyevin - çoxmillətli cəmiyyətə rəhbərlik təcrübəsinə malik olan bu dövlət xadiminin Azərbaycanda olmaması münaqişənin daha da alovlanmasına bilavasitə təsir göstərib.
Seminarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin işıqlandırılmasında “Xalq qəzeti”nin (keçmiş “Kommunist”), eləcə də bu qəzetin nəzdində çıxan “Səhər” qəzetinin rolundan da danışılıb. Qeyd edilib ki, bu qəzetlər münaqişələrin başladığı dövrlərdə baş verən hadisələri obyektiv işıqlandırıb, həmişə Azərbaycan xalqı ilə bir yerdə olub. Bildirilib ki, münaqişə ilə bağlı “Xalq qəzeti”nin əməkdaşlarının hazırladıqları yazılar Azərbaycan xalqının tarixi salnaməsinə çevrilib.
Həmin dövrdə bu qəzetdə çalışan Firudin Rəsulovun “Topxana harayı” məqaləsinin gənclərimizin vətənpərvərlik hisslərinin alovlanmasında rolu xüsusi qeyd edilib.
Çıxışlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həll ediləcəyinə və məcburi köçkünlərin doğma torpaqlarına qayıdacaqlarına əminlik ifadə olunub.
Sonra ahıl jurnalistlər gənclərin suallarını cavablandırıb və onlara öz tövsiyələrini veriblər. Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün gənclərin tariximizi dərindən bilmələrinin və xarici dillərə yiyələnmələrinin vacibliyi qeyd edilib. Eyni zamanda, hərbi jurnalistlərin hazırlanması ilə bağlı təklif də irəli sürülüb.
Tədbirdə, həmçinin “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov Azərbaycan jurnalistikasının inkişafında xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibətilə Mətbuat Şurasının diplomu ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

