“Qarşıda görəcəyimiz hələ çox işlərimiz var...”
04.06.2014 [09:08]
Kəbutər Haqverdi: Bu gün biz erməni yalanlarına qarşı planlı, proqramlı şəkildə çalışmalıyıq...
Müsahibimiz Türkiyədə yaşayan həmyerlimiz, araşdırmaçı-yazar Kəbutər Haqverdidir:
- Kəbutər xanım, bir neçə ildir ki, qardaş Türkiyə Cümhuriyyətində yaşayır və fəaliyyət göstərirsiniz. Bizə öz fəaliyyətiniz barədə məlumat verməyinizi istərdik...
- 2012-ci ildə ilk işimiz olaraq Türkiyədə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə Xocalı soyqırımının ildönümündə həmin dəhşətləri gözləri ilə görən, bu hadisələri yaşayan insanların Türkiyəyə səfərini təşkil etdik. Türkiyədə fəaliyyət göstərən iş adamlarının dəstəyi ilə həmin insanların Adana, İzmir, İstanbul və Ankara şəhərləri də daxil olmaqla qardaş ölkənin müxtəlif şəhərlərində keçirilən tədbirlərdə iştirakını təmin etdik. Səfərdə iştirak edən qadınlardan biri Xocalı soyqırımında hər iki ayağını itirmişdi. Digər bir qadın bütün qohumlarını, yaxınlarını itirmişdi, nəslinin tək yadigarı idi. Başqa bir qadın isə hələ anasının qucağında olanda o dəhşətli gecədə iki gözünü itirmişdi. Həmin layihə daxilində “Qar qan rəngində idi o gecə” sənədli romanını yazdım və həmin roman Türkiyə ictimaiyyətində maraqla qarşılandı.
Ümumiyyətlə, son illərdə Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının beynəlxalq ictimaiyyətdə tanıdılması istiqamətində çox böyük işlər görülür. Xüsusilə, Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən məqsədyönlü işlərin nəticəsidir ki, dünyada, o cümlədən, qardaş Türkiyədə Xocalı soyqırımının tanınması baxımından mühüm irəliləyişlər əldə olunub. Artıq, Xocalıdan olan və faciələri öz gözləri ilə görən insanları bu tədbirlərə cəlb etmək, dəvət etmək ənənə halını alıb. Bu il də həmin faciələrin canlı şahidi Dürdanə Ağayevanı biz Türkiyəyə dəvət etdik. Bir neçə silsilə tədbirlər keçirildi. Həmin tədbirlərdə Dürdanə xanımın çıxışı çox böyük marağa səbəb oldu və zala toplaşan insanlar bir daha o hadisələri həmin anları şəxsən yaşayan və bütün ağrı-acısını öz canında, qanında hiss etmiş bir qadının dilindən eşidirdilər. Eşidirdilər və inanın ki, dəhşətə gəlirdilər.
Bundan sonra Azərbaycanda Qarabağ hadisələri və onun doğurduğu fəsadlar barəsində bir roman yazmağı qərara aldım. Və düşündüm ki, ən yaxşısı bunu Azərbaycan qadınının dilindən verim. Bu, Qarabağ bölgəsindən olan və savaş əsnasında öz sağlamlığını itirən bir qadın həyatı haqqında idi. Kitab Türkiyədə türkcəyə tərcümə olunub çap olunanda adının dəyişdirilməsi zərurəti ortaya çıxdı. Düşündüm ki, romanın adı “Cənnətdən sürgün” olsun. Sentyabr ayında ikinci dəfə nəşr olunacaq. İnsanlara onların anlayacağı dildə öz dərdlərini çatdırmalısan. Bu baxımdan, düşünürəm ki, romanım türkiyəli oxuculara Azərbaycan həqiqətlərinin çatdırılması baxımından bir vasitə olacaq.
Eyni zamanda, Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Həsən Zeynalovun və İstanbul Böyükşəhər Bələdiyyəsinin dəstəyi ilə böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın xatirə günlərini keçirdik. Xatirə günləri çərçivəsində azərbaycanlı alim, şəhriyarşünas Esmira Fuadın “Məhəmmədhüseyn Şəhriyar” kitabını nəşr etdik. Günlər boyunca qəzetlər Şəhriyardan yazdı, telekanallar Şəhriyarı göstərdi. Türkiyədə bir Şəhriyar küləyi əsdi desəm, yanılmaram. Gördüyümüz işlər çox azdır. Qarşıda görəcəyimiz hələ çox işlərimiz var. Bu işlərdə bizə hər zaman Azərbaycan Respublikasının İstanbuldakı Baş konsulu Həsən Zeynalov, İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri Səfər Qaraqoyunlu öz yardımlarını əsirgəmirlər.
- Gələn il ermənilər qondarma “erməni soyqırımı”nın 100 illiyi ilə bağlı geniş tədbirlər keçirməyi planlaşdırırlar. Əlbəttə ki, erməni yalanlarının üstünün açılması, onların saxta təbliğatının qarşısının alınmasında Azərbaycan və türk cəmiyyətlərinin əməkdaşlığı, ortaq fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Siz bu istiqamətdə hansı işləri görməyi planlaşdırırsınız?
- Avropada və eyni zamanda, bütün dünyada aktivləşən erməni diasporunun hal-hazırda ən böyük məqsədi 2015-ci ildə qondarma soyqırımın 100 illiyini çox geniş təbliğatla qeyd etməkdir. Onlar öz işlərini gizli və olduqca sistemli şəkildə qururlar. Dünyadakı bəzi imperialist mərkəzlər də onlara gizli, ya da aşkar dəstək verməyə çalışırlar. Bu dəstəkdən güc alan Dağlıq Qarabağdakı separatçı-cinayətkar rejimin sabiq rəhbəri Arkadi Qukasyan Qarabağın erməni bayrağının üç deyil, yeddi dəniz üzərində dalğalanacağını iddia edir. Ermənistan rəhbəri Serj Sarkisyan isə üzünü yeni nəslin nümayəndələrinə tutub uca səslə: “Şuşanı biz aldıq, siz də gedin Ağrını alın”, - deyir...
Bu ruhlu çağırışların məqsədi də hamımıza bəllidir: Türkiyə və Azərbaycandan daha çox ərazi qoparmaq, Avropanın və xristian dünyasının dəstəyini qazanmaq! Azərbaycanın işğal olunmuş torpaqlarını qaytarmamaq! Əslində, “erməni soyqırımı” panermənizm ideoloqları tərəfindən hazırlanmış və bicliklə həyata keçirilməkdə olan siyasi kəndirbazlıqdır.
Biz də qarşıdan gələn və ermənilərin ciddi-cəhdlə hazırlaşdıqları qondarma “erməni soyqırımı”nın 100 illiyinin keçirilməsinə etiraz etmək məqsədi ilə qapı-qapı gəzərək 5 milyon nəfərdən imza toplamağa başlamışıq. İmza topladığımız insanlara eyni zamanda Qarabağda baş verənləri də çatdırmağa çalışırıq. Çünki bu problem də həm Türkiyənin, həm də Azərbaycanın ortaq problemidir. Düzdür, bu mövzuda dünyanı inandıra bilmək o qədər də asan bir iş deyil. Ya da daha dəqiq desək, müəyyən xarici dairələr bu məsələyə gerçək və yalan kimi deyil, ikili standartlarla baxır.
- Qondarma “erməni soyqırımı”na qarşı mübarizə aparmaq üçün Azərbaycan və Türk diasporu birgə hansı addımlar atmalıdır?
- Bu birgəfəaliyyətin əsas konturlarını Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin Forumunun keçirilməsi ideyasını irəli sürən və təsis yığıncağının Bakıda keçirilməsinə nail olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Öz çıxışlarında açıq bir şəkildə göstərib. Dövlət başçısı Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin Forumunda birgə əməkdaşlıqdan vahid fəaliyyətə keçidi bu bəlaya qarşı mübarizənin ilkin şərti kimi göstərərək “Azərbaycan-Türkiyə diasporu müttəfiq yox, tam bir qüvvə olmalıdır” məramını səsləndirdi: “Biz bunun qarşısına öz siyasətimizi, öz təbliğat mexanizmimizi qoymalıyıq və qoyuruq. Ona görə xaricdə yaşayan soydaşlarımız daha da güclənməlidir, təşkilatlanma prosesi daha da sürətlə aparılmalıdır. Onlar yaşadıqları ölkələrin siyasi dairələrinə, siyasi təsisatlarına daha da fəal inteqrasiya etməlidirlər”.
Bu gün biz də erməni yalanlarına qarşı planlı, proqramlı şəkildə çalışmalıyıq. Xüsusən də mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi ön plana çıxarmalıyıq. Biz də bu yöndə nələrsə etməyə çalışırıq.
- Sizə gördüyünüz işlərdə uğurlar arzulayırıq...
- Təşəkkür edirəm.
Oktay Hacımusalı
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12

