Ulu öndər Heydər Əliyev-Azərbaycan xalqının mənəvi dəyərlərinin qoruyucusu və hamisi
04.06.2014 [09:10]
Kimsəyə sirr deyil ki, hər bir xalqın taleyində, həmçinin, hər bir dövlətin güclü olmasında və beynəlxalq mövqeyinin möhkəmlənməsində tarixi şəxsiyyətlərin müstəsna xidmətləri olub. O cümlədən, müasir müstəqil Azərbaycan dövlətinin var olmasında Ümummilli lider Heydər Əliyevin əməyi danılmazdır. Çünki Ulu öndər Heydər Əliyev Özünün titanik fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin əldə olunmasında, həmçinin, Azərbaycanın dünya ölkələri arasında nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib. Məhz buna görə də, xalqımız Ümummilli lider Heydər Əliyevi müasir müstəqil Azərbaycan dövlətinin memarı qurucusu adlandırıb.
Məlum olduğu kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində hakimiyyətdə olanların səriştəsizliyi ucbatından ölkədə daxili vəziyyət gərginləşmişdi. İctimai həyatın bütün sahələrində xaos, hərc-mərclik hökm sürürdü. Azərbaycanda hakimiyyət boşluğu yaranmışdı. Ölkədə rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedirdi. Cəbhədəki əsgərlərin də bu mübarizəyə cəlb edilməsi isə torpaqlarımızın müdafiəsiz qalması və ermənilərin yeni-yeni əraziləri işğal etməsi ilə nəticələnirdi. Bütün bu hadisələrin fonunda 1993-cü ilin yayında Azərbaycanda vəziyyət daha da gərginləşdi və ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı. Beləliklə, Azərbaycan növbəti dəfə öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdi və Vətənin belə ağır günündə xalq Azərbaycanın görkəmli oğlu Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu öndər isə öz növbəsində xalqın və o zaman Azərbaycana rəhbərlik edənlərin təkidli dəvətini qəbul edib, iyunun 9-da Naxçıvandan Bakıya gəldi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi və 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bundan sonra qısa bir zamanda ölkədə sabitliyə nail olan Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratdı, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirdi. Daha dəqiq desək, məhz Ulu öndər Heydər Əliyevin titanik əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti quruldu, ölkəmiz dünya birliyində öz layiqli yerini tutdu.
Ulu öndərin vaxtilə söylədiyi “Heç kəsin şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini, harada olursa-olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm” kəlamı bu gün də xalqımız tərəfindən qürurla xatırlanır.
Bu məqamda onu da vurğulayaq ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, öz növbəsində, mədəniyyətin inkişafı və mənəvi dəyərlərin dirçəlişinə də təkan verdi. Əslində başqa cür də ola bilməzdi. O mənada ki, Heydər Əliyev hələ Sovetlər Birliyi dönəmində respublikaya rəhbərlik etdiyi vaxt Azərbaycanın inkişafı və xalqımızın milli özünüdərk hissinin güclənməsi istiqamətində əvəzolunmaz addımlar atmışdı. Bəhs edilən dövrdə Ulu öndər respublikamız üçün çox böyük işlər görmüş, bu müddətdə Azərbaycanın Sovet Sosialist respublikaları içərisində zirvəyə qalxaraq qabaqcıl respublikalardan birinə çevrilməsinə nail olmuşdu. Ümummilli liderimiz eyni zamanda, xalqın rifahı naminə respublikada yeni infrastrukturun yaradılmasını, təhsil ocaqlarının, istehsal müəssisələrinin tikintisini həyata keçirmişdi. Məhz Ulu öndərin qətiyyəti sayəsində 1978-ci ildə konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması ilə bağlı müddəa daxil edilmişdi.
Eyni zamanda, hələ Sovet dövründə azərbaycanlı mədəniyyət xadimlərinin, teatr truppalarının, opera və balet ustalarının beynəlxalq tədbirlərdə Sovet dövlətini təmsil etməsinə imkan yaradan Heydər Əliyev bununla da Azərbaycan xalqının potensial gücünü dünyaya sübut etmişdi.
Ulu öndər yaxşı başa düşürdü ki, ədəbiyyat, elm və incəsənət xalqın formalaşmasında, insanların mənəvi aləminin zənginləşməsində, şəxsiyyətin ahəngdar inkişafında mühüm vasitədir. Buna görə də, xalqın düşüncəsinə möhür vuran, onun mədəni dünyasını zənginləşdirən mədəniyyət işçiləri, şairlər və yazıçılar, bəstəkarlar, rəssam və heykəltəraşlar, teatr və kino xadimləri hər zaman Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı ilə əhatələnmişdilər.
Bir sözlə, Ulu öndər ölçüyəgəlməz fəaliyyəti ilə adını xalqımızın, dövlətimizin tarixinə əbədi həkk edib və möhtərəm Prezidentimizin bəyan etdiyi kimi “Nə qədər ki, müstəqil Azərbaycan mövcuddur, bu dövlətin qurucusu da tariximizdə daim yaşayacaq və əsl vətəndaş, böyük şəxsiyyət və qüdrətli lider örnəyi kimi xatırlanacaqdır!”
Sona HƏmidova,
Sənətşünaslıq üzrə
fəlsəfə doktoru
Xəbər lenti
Hamısına baxDünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50

