Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Naqif Həmzəyev: İnsanların sosial rifahı dövlət siyasətinin əsas prioritetidir

Naqif Həmzəyev: İnsanların sosial rifahı dövlət siyasətinin əsas prioritetidir

10.06.2014 [09:12]

Gəncə şəhərində “Sosial iş-Cəmiyyətin inkişafı” adlı Forum keçirilib. Şəhərdəki Heydər Əliyev Mərkəzində baş tutan forumun keçirilməsində əsas məqsəd sosial iş, sosial məsuliyyət anlayışını gənclərə təbliğ etmək, mahiyyətini və cəmiyyətin inkişafına təsirini izah etməklə, könüllü sosial işlə məşğul olan gənclər şəbəkəsini yaratmaq olub.
Forumda çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev bildirib ki, sosial iş cəmiyyətdə insanların daha yaxşı fəaliyyət göstərmələri üçün onlara yardım etməyə istiqamətlənmiş bir prosesdir. Harada köməyə ehtiyacı olan insan varsa, orada demək olar ki, sosial işçi var. İnsanların sosial rifahı dövlət siyasətinin əsas prioritetidir. Prezident İlham Əliyev xalqımızın sosial rifah halının yüksəldilməsi, firavan yaşaması üçün genişmiqyaslı tədbirlər həyata keçirir, Azərbaycanın hər bir vətəndaşına xüsusi diqqət və qayğı göstərir. Bu istiqamətdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın xidmətləri də danılmazdır. Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirir, sosial sahəyə diqqəti artırmaqla, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir və yeni cəmiyyət quruculuğunda fəal iştirak edir.
Ölkəmizdə sosial iş yeni yaranan fəaliyyət sahəsi olduğundan, bu sahə üzrə mütəxəssislərə böyük ehtiyac və tələb var. Məhz buna görə də, keçirilən forum xüsusi əhəmiyyət kəsb edir.
Tədbirdə “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Azərbaycan Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov, Azərbaycan Respublikası Milli QHT forumunun icraçı direktoru Günel İbrahim, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, Gənclər üçün Təhsil Mərkəzinin Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə və başqaları çıxış edərək, gənclərin maarifləndirilməsində forumun əhəmiyyətindən, Azərbaycanda sosial işin vəziyyətindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açıblar.
İştirakçılarla geniş və işgüzar müzakirələr aparılıb, onların sualları ətraflı cavablandırılıb. Sonda forumun fəal iştirakçılarına və könüllülərə şəhadətnamələr verilib.

Paylaş:
Baxılıb: 848 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30