Gəncə şəhərində Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
28.06.2014 [09:34]
Azərbaycanın Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Gəncə şəhərində “N” saylı hərbi hissədə təntənəli tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev zabit və əsgərləri bayram münasibətilə təbrik edib, doğma Vətənə şərəfli xidmətlərində uğurlar arzulayıb. Qeyd edib ki, bu bayram bütün Azərbaycan xalqının bayramıdır: “Güclü ordu müstəqil və suveren dövlətimizin möhkəm dayağıdır. Ümummilli lider Heydər Əliyevin söylədiyi kimi, müstəqil dövlətin güclü ordusu olmalıdır. Orduda aparılan islahatlar döyüş və mənəvi-psixoloji hazırlığın yüksəlməsinə şərait yaradıb. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev digər sahələrdə olduğu kimi, ordu quruculuğunda da Ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Hazırda regionda böyük gərginlik var, hər gün atəşkəs pozulur. Bu da ordumuzun əhəmiyyətini, onun daha da güclənməsinin vacibliyini təsdiqləyir. Bu gün Azərbaycan xalqı, zabit və əsgərlərimiz, hər birimiz ərazi bütövlüyümüzü bərpa etmək, düşmən işğalı altında olan torpaqlarımızı azad etmək üçün qələbə arzusu, qələbə əzmi ilə yaşayırıq”.
Daha sonra çıxış edən tədbir iştirakçıları Azərbaycanın güclü ordu ənənələrinin olduğunu, Azərbaycan Ordusunun nizam-intizamına, təhsilinə, təchizatına görə öndə olduğunu, orduya ayrılan vəsaitin ildən-ilə artdığını, ordunun bu gün ən müasir texnika, silahlarla təmin edildiyini, hərbi çağırış, sosial təminat və digər məsələlərlə bağlı qanunların mütəmadi olaraq, təkmilləşdirildiyini diqqətə çatdırıblar. Orduya, hərbi kadrlara, əsgər və zabitlərə göstərilən diqqət və qayğıya görə ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevə təşəkkürünü bildiriblər.
Sonra Vətənə şərəfli xidmətində fərqlənən hərbiçilərə Fəxri fərman və hədiyyələr verilib.
Sonda Gəncə Dövlət Filarmoniyasının və “Göygöl” Dövlət mahnı və rəqs ansamblının maraqlı konsert proqramı təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

