Yeni nəşrdə ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi təqdim edilir
16.07.2014 [10:08]
İyulun 15-də Beynəlxalq Mətbuat Mərkəzində aqrar elmlər üzrə fəlsəfə doktoru, Beynəlxalq Ekoenergetika Akademiyasının ekologiya üzrə professoru, zərdabişünas alim Eldəniz Həsənovun “Həsən bəy Zərdabi irsi: kəşməkəşli həyat yolu” adlı monoqrafiyasının təqdimatı olub.
AzərTAc xəbər verir ki, “Kaspi” qəzetinin, Azərbaycan Mətbuat Şurasının və Beynəlxalq Mətbuat Mərkəzinin birgə təşəbbüsü ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, ölkənin tanınmış alim və ziyalıları, kütləvi informasiya vasitələrinin rəhbərləri, Zərdabi nəslinin Azərbaycanda və xarici ölkələrdə yaşayan nümayəndələri iştirak ediblər.
Tədbiri açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, monoqrafiya Azərbaycan milli mətbuatının banisi, görkəmli ictimai xadim, böyük maarifpərvər, tanınmış publisist, pedaqoq və təbiətşünas alim Həsən bəy Zərdabinin anadan olmasının 170 illiyinə həsr edilib. Məhz bu səbəbdən də kitabın ilk səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illiyinin keçirilməsi haqqında” Sərəncamı verilib.
Həsən bəy Zərdabinin Azərbaycanın ictimai-siyasi, mədəni həyatındakı əvəzsiz xidmətlərindən söz açan Ə.Amaşov deyib ki, onun kimi şəxsiyyətlər mənsub olduğu xalqa hörmət və şöhrət gətirir, onu dünyada tanıdır.
Vurğulanıb ki, müəllifin illərlə apardığı tədqiqatlar nəticəsində ərsəyə gələn bu kitabda ilk dəfə olaraq Həsən bəy Zərdabinin nəsil şəcərəsi geniş oxucu kütləsinə təqdim olunur. Müəllif bu şəcərədə adları əks olunan insanların başına gətirilən faciəli hadisələrin, onların kəşməkəşli həyat yollarının tarixi şərhini verir, həmçinin bu nəslə mənsub insanların Azərbaycan elminə, incəsənətinə, mədəniyyətinə, tarixinə verdikləri dəyərli töhfələrdən söz açır.
Tədbirdə kitabın müəllifi Eldəniz Həsənova “Kaspi” qəzeti və Azərbaycan Mətbuat Şurası tərəfindən Həsən bəy Zərdabi irsinin öyrənilməsi sahəsindəki çoxillik səmərəli fəaliyyətinə görə diplom təqdim edilib.
Eldəniz Həsənov bu monoqrafiyanın hazırlanması və çapında ona yaxından kömək edən hər kəsə minnətdarlığını bildirərək deyib: “İki il bundan əvvəl “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist Sona Vəliyeva mənə dedi ki, Siz Həsən bəy Zərdabi irsinin tədqiqatçılarındansınız, amma indiyədək mən bu böyük şəxsiyyətin anası haqqında geniş bir araşdırmaya rast gəlməmişəm. Bu məsələ məni daha geniş formada araşdırmalar aparmağa sövq etdi. Axtarışlarımı nəinki Azərbaycanda apardım, hətta bir sıra ölkələrdə, arxivlərdə davam etdirdim. Nəticədə belə bir əsərin oxuculara təqdim edilməsinə müvəffəq oldum”.
Bildirilib ki, kitabın elmi redaktorları filologiya elmləri doktoru, professor Jalə Əliyeva və fəlsəfə elmləri doktoru, professor İzzət Rüstəmov, rəyçiləri tibb elmləri doktoru, akademik Böyükkişi Ağayev, filologiya elmləri üzrə fəlsəfə doktoru Sona Vəliyeva, tarix elmləri doktoru, professor İsmayıl Məmmədov, coğrafiya elmləri doktoru, professor Bəhruz Şəkuridir. “Zərdabi LTD” MMC nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunmuş bu kitabın redaktoru isə filologiya elmləri doktoru, professor İfrat Əliyevadır.
Tədbirdə çıxış edən “Kaspi” qəzetinin təsisçisi, Əməkdar jurnalist, kitabın rəyçilərindən olan Sona Vəliyeva bildirib ki, zaman keçir, dövr dəyişir, amma Həsən bəy Zərdabi irsinə münasibət dəyişmir. Ona görə ki, xalqının, elinin-obasının zülmət içərisində boğulduğu bir vaxtda ona yol göstərən, millət fədaisi, müsəlman Şərqində xeyriyyəçilik hərəkatının banisi kimi tanınan, “Əkinçi” qəzetini doğma ana dilində nəşr etdirməklə milli mətbuatımızın bünövrəsini qoyan, bütövlükdə xalqının rifahı və tərəqqisi naminə ömrünün sonunadək mübarizə aparan belə bir insanın unudulması mümkünsüzdür.
Bu sahədəki axtarışların davam etdiriləcəyinə inamını ifadə edən S.Vəliyeva deyib ki, Həsən bəy Zərdabi irsi növbəti illərdə daha da geniş şəkildə oxuculara təqdim olunacaq.
Tədbirdə kitabın elmi redaktorları Jalə Əliyeva, İzzət Rüstəmov, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı, akademik Teymur Kərimov və başqaları çıxış edərək monoqrafiyanın nəşrini Zərdabi irsinə böyük hörmətin ifadəsi kimi qiymətləndiriblər.
Natiqlər vurğulayıblar ki, on bir fəsildən ibarət, nadir fotoşəkillərin də yer aldığı 384 səhifəlik bu dəyərli kitab vasitəsilə hər bir qələm adamı Həsən bəy Zərdabini daha yaxından tanıyacaq və bu nəsil haqqında olduqca dolğun məlumatlar ələ edəcək.
Tədbirdə ədibin qardaşı nəvəsi Sara İsayeva Həsən bəy Zərdabi irsinə göstərilən böyük diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09

