Naxçıvanda iftar mərasimi
16.07.2014 [10:10]
Naxçıvan şəhərindəki “Təbriz” restoranında iftar süfrəsi açılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iftar mərasimində çıxış edərək deyib: “Bu gün sizinlə müqəddəs bir gündə - mübarək Ramazan ayında görüşürük. Bu ayın fəzilətləri çoxdur. Onlardan biri də ilahi düşüncə və müdriklik xəzinəsi olan müqəddəs Qurani-Kərimin bu ayda tamamlanmasıdır. Ramazan ayı insanlara əxlaqi saflıq, xeyirxah niyyətlər aşılayır. Bu ayın mənəvi zənginlikləri Azərbaycan xalqı tərəfindən əziz tutulmuşdur. Ona görə ki, bizim xalqımız da daim xeyirxah niyyətlər ardınca getmiş, böyük mədəniyyət yaratmış, qədim sivilizasiyaya zəngin mənəvi dəyərlər bəxş etmişdir”.
Qeyd olunub ki, hər bir xalqın mənəvi yüksəlişi onun əsrlər boyu formalaşdırdığı milli və mənəvi dəyərlərə bağlılığı ilə ölçülür. Buna görədir ki, ölkəmizdə, eləcə də muxtar respublikamızda dini və mənəvi dəyərlərin qorunub yaşadılmasına, eləcə də İslamın müqəddəs ayin və mərasimlərinin qeyd edilməsinə xüsusi diqqət yetirilir. Oruc tutan hər bir müsəlman dinimiz qarşısında öz borcunu yerinə yetirir. Ramazan ayında tutulan oruc insanın paklığına, iman və iradəsinin saflaşmasına xidmət edir.
Ali Məclisin Sədri Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanda ali hakimiyyətə gəlişinin 45-ci ildönümü günündə keçirilən iftar mərasimində dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla yad edib, çıxışını Ulu öndərin müdrik kəlamları ilə tamamlayıb: “Ramazan ayı cəmiyyətimizdə həmrəyliyin, dini-mənəvi birliyin möhkəmləndirilməsi işinə xidmət edən, hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir insanın qəlbində olan bayramdır. Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”.
Sonra mərasimdə Qurani-Kərimdən ayələr oxunub, dualar səslənib.
Həmin gün Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri dispanserində, Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzində, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində, Naxçıvan Qarnizonunun hərbi hospitalında müalicə alan xəstələrə və gecə növbəsində çalışan işçilərə də iftar süfrələri açılıb, ümumilikdə iftar mərasimlərində min nəfərdən artıq insan iştirak edib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30

