Cəlilabadda şəhid Əhməd Abdullayevə həsr olunmuş sənədli film təqdim edilib
02.08.2014 [11:29]
Avqustun 1-də Cəlilabad rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan ordusunun zabiti, Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş mayor Əhməd Abdullayevin həyat yolundan bəhs edən sənədli filmin təqdimatı olub.
AzərTAc xəbər verir ki, mərasimdə şəhidin doğmaları ilə yanaşı, Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, yerli icra strukturlarının və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Azərbaycan torpaqları uğrunda şəhid olan əsgər və zabitlərin xatirəsini əziz tutduğuna görə Prezident İlham Əliyevə və filimin yaradıcı kollektivinə rayon sakinləri adından minnətdarlığını bildirib.
Daha sonra sənədli filmin nümayişi olub.
Film Əhməd Abdullayevin uşaqlıq, gənclik və hərbi xidmətdə olduğu illəri əks etdirir. Ekran əsərində şəhid haqqında onun dostlarının, yaxınlarının və müəllimlərinin xatirələri canlandırılıb.
Ekran əsərinin nümayişindən sonra şəhid Əhməd Abdullayevin atası Hüseynağa Abdullayev filmin yaradıcı kollektivinə təşəkkür edib.
Filmin qəhrəmanı Əhməd Abdullayev 1976-cı il iyulun 30-da Cəlilabadda ziyalı ailəsində dünyaya gəlib. Əvvəlcə Cəmşid Naxçıvanski adına hərbi liseydə, sonralar İstanbuldakı hərbi məktəbdə və Ankara Hərbi Akademiyasında təhsilini davam etdirib.
Dünyanın bir çox ölkələrində keçirilən hərbi təlimlərdə iştirak edən Ə.Abdullayev 2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı Dəstəsində qrup komandiri vəzifəsində çalışıb. 2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətini davam etdirib.
Azərbaycan ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsbkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına həlak olub.
Prezident İlham Əliyevin 2010-cu il 28 dekabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında şücaət göstərdiyinə görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayev ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

