Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Lənkəranlı şagirdlər Göygölün tarixi və mədəniyyət abidələri ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar

Lənkəranlı şagirdlər Göygölün tarixi və mədəniyyət abidələri ilə tanışlıqdan xoş təəssüratla ayrılıblar

05.08.2014 [09:39]

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının lənkəranlı iştirakçıları avqustun 3-də Göygöl rayonuna gəliblər.
AzərTAc xəbər verir ki, rayondakı Heydər Əliyev parkında mehribanlıqla qarşılanan şagirdlər buradakı Heydər Əliyev Mərkəzində Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən sənədlər və digər materiallarla yaxından tanış olublar.
Şagirdlərə məlumat verilib ki, Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyadan gəlmiş mühacirlər tərəfindən qoyulub və Helenendorf adlandırılıb. 1930-cu ildə mərkəzi Helenendorf olmaqla rayon statusu alıb, əvvəlcə Nərimanov, sonralar isə Xanlar adlandırılıb. Rayon 2008-ci ilin mayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Göygöl adlandırılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Göygöl rayonuna üç dəfə səfər edib. Bu səfərlər Göygölün inkişafında, abadlaşmasında mühüm rol oynayıb. Artıq Göygöl rayonu başdan-başa abadlaşaraq, müasir görkəm alıb.
Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan sonra şagirdlər rayonun görməli yerlərini gəziblər.
Ötən il istifadəyə verilən Gənclər Mərkəzinə gələn lənkəranlı məktəblilər burada gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şəraitlə tanış olublar.
Vaxtilə almanların yaşadıqları evlərin yerləşdiyi küçə ilə hərəkət edən şagirdlər 1854-cü ildə rayon mərkəzində inşa edilmiş Lüteran kilsəsinə gəliblər. Qeyd edilib ki, hazırda kilsədə tarix-diyarşünaslıq muzeyi yerləşir.
Sonra lənkəranlı şagirdlər Göygöl şəhərində yaşamış sonuncu alman Viktor Klaynın ev muzeyi ilə tanış olublar.
Şagirdlərin Göygöl rayonu ilə tanışlığı Bayraq Meydanında başa çatıb.

Paylaş:
Baxılıb: 910 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30