100 nəfər əlilliyi olan şəxsə “Naz-Lifan” markalı minik avtomobili təqdim edilib
09.08.2014 [10:59]
Dünən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 32 nəfəri Böyük Vətən müharibəsi, 23 nəfəri Çernobl AES və 45 nəfəri hərbi xidmət əlili olan ümumilikdə 100 nəfər əlilliyi olan şəxsə “Naz-Lifan” markalı minik avtomobili təqdim edilib. Avtomobillərin təqdim edilməsi zamanı bildirilib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslər daim Prezident İlham Əliyevin qayğısı ilə əhatə olunub. Bunun növbəti əməli təsdiqi kimi möhtərəm dövlət başçısı tərəfindən imzalanan 23 dekabr 2013-cü il və 30 aprel 2014-cü il tarixli Sərəncamlara əsasən, cari ilin aprelindən bəri 677 nəfər Qarabağ müharibəsi və 20 Yanvar əlilinə, hazırda təqdim olunan avtomobillər də daxil edilməklə 623 nəfər Böyük Vətən müharibəsi əlili və onlara bərabər tutulan şəxsə, beləliklə, 2014-cü ilin əvvəlinədək xüsusi tibbi arayış əsasında növbəyə dayanmış əlilliyi olan şəxslərdən artıq 1300 nəfərinə minik avtomobilləri verilib. Cari ilin əvvəlinədək növbədə olan digər şəxslərə də bu ayın sonunadək avtomobil verilməsi nəzərdə tutulur.
İndiyədək qeyd olunan təbəqələrdən olan 5106 nəfər əlilliyi olan şəxsin dövlət hesabına xüsusi nəqliyyat vasitəsi ilə təmin edildiyi vurğulanaraq, müharibə əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasının da daim ölkə rəhbərinin diqqət mərkəzində olduğu bildirilib. Qeyd olunub ki, Azərbaycan Prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamı bu sahədə mühüm irəliləyişə şərait yaradıb. Sərəncama əsasən, 2014-cü ilədək mənzil növbəsinə dayanmış, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin, ümumilikdə 5731 nəfər əlil və şəhid ailəsinin 2014-2018-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi həyata keçiriləcək.
Tədbirdə çıxış edən əlilliyi olan şəxslər onların sosial təminatının gücləndirilməsinə göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Böyük Vətən müharibəsi əlilləri onlara göstərilən diqqət və qayğıya layiqli cavab olaraq gənclərimizin hərbi-vətənpərvərlik ruhunda yetişdirilməsi işinə bundan sonra da öz mühüm töhfələrini verəcəklərini vurğulayıblar.
Xəbər lenti
Hamısına baxGündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30

