/ / Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin istənilən hücum və təxribatlarının qarşısını alır, düşmənə layiqincə cavab verir
Azərbaycan Ordusu erməni silahlı birləşmələrinin istənilən hücum və təxribatlarının qarşısını alır, düşmənə layiqincə cavab verir
09.08.2014 [11:04]
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə bir qrup QHT və KİV nümayəndəsi cəbhə bölgəsinə səfər edib.
AzərTAc xəbər verir ki, səfər çərçivəsində qeyri-hökumət təşkilatlarının nümayəndələri və jurnalistlər cəbhənin Füzuli rayonu istiqamətindəki “N” saylı hərbi hissədə şəxsi heyətlə görüşüblər.
Əsgər, gizir və zabitlərin qarşısında çıxış edənlər ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusuna göstərdiyi diqqət və qayğıdan söz açıblar.
Bildirilib ki, Silahlı Qüvvələrimizin potensialının artırılmasının əsasında dövlətimizin və onun rəhbərliyinin göstərdiyi diqqət və qayğı dayanır. Hərbi büdcəmiz ildən-ilə artır, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Ordumuz müasir silah və hərbi texnika ilə tam təchiz olunub. Qətiyyətlə vurğulanıb ki, Azərbaycan Ordusu düşmənin istənilən hücum və təxribatlarının qarşısını alır, erməni silahlı birləşmələrinə layiqincə cavab verir.
Qeyd edilib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin cəbhə xəttinə son səfəri və burada hərbçilərlə görüşündə nitqi əsgər və zabitlərimizdə böyük ruh yüksəkliyi yaradıb.
Nümayəndə heyəti Füzuli rayonu ərazisində yerləşən hərbi hospitalda yaradılan şəraitlə də tanış olub.
Sonra media təmsilçiləri və ictimaiyyət nümayəndələri avqustun 2-də Yeni Xocavənd qəsəbəsində düşmənin diversiya qrupunun həmləsini dəf edərkən qəhrəmanlıqla həlak olmuş çavuş Sənan Quliyevin yas mərasimində iştirak ediblər. Qürurverici məqam isə şəhidimizin yaşadığı qəsəbədə yol boyu Azərbaycanın dövlət bayraqlarının asılması və şəhidin ailə üzvlərinin S.Quliyevin qəhrəmanlığı ilə fəxr etməsi olub.
Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov şəhidin qəhrəmanlığı haqqında danışıb. Bildirilib ki, bu, S.Quliyevin ailəsində ilk şəhid deyil. Sənanın əmisi də erməni işğalçıları ilə döyüşdə şəhid olub. Ümumiyyətlə, bu nəslin nümayəndələri erməni işğalçılarına qarşı gedən döyüşlərdə qəhrəmanlıqlar göstəriblər.
İcra hakimiyyətinin başçısı işğal altındakı ərazilərimizin azad ediləcəyi günün uzaqda olmadığını xüsusi vurğulayıb.
Mərhum çavuşumuzun babası Əlqəmə Quliyev şəhid ailələrinə, qaçqın və məcburi köçkünlərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. O, bu yaşında döyüşə getməyə hazır olduğunu deyib.
Daha sonra media təmsilçiləri Xocavənd istiqamətindəki hərbi hissələrdən birinə gediblər. Jurnalistlər səngərdə əsgər, gizir və zabitlərlə görüşüb, döyüş növbəsi çəkən hərbçilərimizin xidməti ilə yaxından tanış olub, düşmənin mövqelərini müşahidə ediblər.
Hərbi hissənin yüksək rütbəli zabiti bildirib ki, mövqelərimiz hər gün Ermənistan silahlı birləşmələri tərəfindən atəşə tutulur. Lakin son günlər bu, daha intensiv xarakter alıb. Ermənistan silahlı qüvvələrinin təxribat xarakterli hərəkətləri həmişə olub, yenə də var. Düşmən tərəfdə çox böyük qorxu hiss olunmağa başlayıb. İndi gecə düşən kimi ermənilər vahiməyə düşür və kortəbii şəkildə ətrafa atəş açmağa başlayırlar.
Zabit qeyd edib ki, hazırda hərbi hissədə şəxsi heyətin sayıqlığı, döyüş hazırlığı yüksək səviyyədədir. Hamı döyüşə can atır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı, eləcə də düşmənə qarşı döyüşlərdə fərqlənənlərin müdafiə naziri, general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlandırılması bizə böyük stimul verib.
Təmas xəttinin ön postlarında gecə-gündüz növbə çəkən əsgərlər, gizirlər və zabitlər düşməndən qətiyyən çəkinmədiklərini, işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda əməliyyatların başlanacağı günü səbirsizliklə gözlədiklərini bildiriblər.
Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan Hərbi Birliyinin yüksək vəzifəli zabiti isə deyib ki, bəzi kütləvi informasiya vasitələrində Füzuli və Ağdam rayonlarında guya bəzi kəndlərdə əhalinin evlərini tərk etdiyi barədə yayılan məlumatlar qətiyyən həqiqətə uyğun deyil. Cəbhədə baş verən son proseslər Azərbaycanda ordu ilə xalq arasında birliyin yüksək səviyyədə olduğunu bir daha göstərdi. Bütün ölkədə olduğu kimi, burada da ordumuza böyük inam var. Ağdam, Xocavənd, Füzuli, Beyləqanda əhali əvvəllər necə yaşayır, işləyir və qəhrəmancasına düşmənlə üz-üzə dururdusa, indi də elədir. Azərbaycanın ordu bölmələri bütün parametrlərə görə Ermənistan silahlı birləşmələrindən üstündür və işğal olunmuş torpaqları tezliklə azad etməyə hazırdır.
Ön cəbhədə olan hərbçilərimizlə söhbət zamanı QHT və KİV nümayəndələri bir daha əmin olublar ki, igid əsgərlərimiz düşmənin istənilən həmləsinin qarşısını alır, Vətənin keşiyində ayıq-sayıq dayanırlar.
Xəbər lenti
Hamısına baxSiyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32

