/ / Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Dini abidələrdə tarixin izləri” adlı yeni layihəyə start verib
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Dini abidələrdə tarixin izləri” adlı yeni layihəyə start verib
09.08.2014 [11:11]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu layihələrə start verib.
Fondun ilk layihəsi “Dini abidələrdə tarixin izləri” adlanır. Fonddan verilən məlumatda bildirilir ki, layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscidlər, ziyarətgahlar, kilsələr, sinaqoqlar, məbədlər və imamzadələrdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, eləcə də Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri də görüləcək.
Layihənin həyata keçiriləcəyi ilk məkan Bərdə rayonunda yerləşən İmamzadə türbəsi olacaq. Azərbaycan ərazisində qədim abidələrdən olan və Bərdə İmamzadəsi adlanan kompleksin tarixinin dərindən öyrənilməsinə, daş kitabələrin oxunmasına, abidə üzərində bərpa işlərinin aparılmasına ehtiyac var.
Fondun informasiya təminatı sektoruna açıqlama verən Bərdə İmamzadəsinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin Qarabağ üzrə qazisi Ramazan Hüseynov lahiyənin əhəmiyyətini vurğulayıb: “Azərbaycandakı ziyarətgahlarda tarixin izləri gizlənib. Onları dəqiqliklə oxumaq, öyrənmək və gələcək nəsillərə çatdırmaq olduqca faydalı işdir. Bu layihənin həyata keçirilməsində biz tərəfdən nə köməklik lazımdırsa, hazırıq”.
Fondun “Dini abidələrdə tarixin izləri” layihəsinə Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq qurumları da cəlb olunacaq. İlk mərhələdə tarixçi alimlər, din xadimləri, Bərdə ziyalılarının iştirakı ilə “Bərdə İmamzadəsi keçmişdə və bu gün” mövzusunda “dəyirmi masa” keçiriləcək, elmi praktik konfrans təşkil olunacaq.
Layihənin əsas məqsədi Azərbaycan və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir.
Vurğulamaq lazımdır ki, yaxın gələcəkdə Bilik Fondu müxtəlif istiqamətlərdə də layihələr həyata keçirməyi planlaşdırır. Bu layihələr içərisində “Ustad və şəyird”, “Azərbaycan elmi bu gün xaricdə”, “Dünya elmi bu gün Azərbaycanda”, “Docendo discimus”, “Fondun xarici nümayəndəliklərinin yaradılması”, “Epizodlar”, “Auditoriya +”, “Qardaşlaşmış məktəblər” yer alır.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10

