Şəhid övladı: Təki Vətən sağ olsun!
15.08.2014 [10:27]
Avqustun 14-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini, hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə ölümlərindən sonra təltif edilmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusunun döyüş medalları onların ailə üzvlərinə təqdim olunub.
AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, şəhid zabitlərin yaxınları, ailə üzvləri, Silahlı Qüvvələrinin zabitləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. “Şəhidlər elegiyası” səsləndirildikdən sonra Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin müavini, Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani şəhid zabitlər - Fikrət Məmmədov, İlqar Verdiyev, Elnur Cəfərov və Ceyhun Orucəliyevin keçdikləri qısa və şərəfli döyüş yolundan danışıb. Onların Ulu öndər Heydər Əliyevin böyük səyləri nəticəsində yaratdığı C.Naxçıvanski adına hərbi liseyin yetirmələri, peşəkar hərbçilər olduqlarını vurğulayıb.
Müdafiə nazirinin şəxsi heyət üzrə müavini, şəxsi heyət Baş İdarəsinin rəisi, general-leytenant Kərim Vəliyev Vətənə layiqli övladlar böyütdüklərinə görə şəhidlərin valideynlərinə nazirliyin rəhbərliyi adından minnətdarlığını bildirib.
Nazir müavini qeyd edib ki, Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, onların xatirələri əziz tutulur, adları əbədiləşdirilir. Şəhid ailələri ölkə rəhbərliyinin daimi diqqət və qayğısı ilə əhatə olunub. Son dərəcə ağır və üzüntülü, həmçinin şərəfli günlərdə onların göstərdikləri dözüm və təmkin, övladlarının şəhidlikləri ilə duyduqları qürur hissi Azərbaycan əsgərinin döyüş ruhunu daha da yüksəldir, düşmənə qarşı qəzəb və nifrətini gücləndirir. Son vaxtlar düşmənin diversiya qruplarının qarşısını alarkən qəhrəmanlıq, rəşadət və şücaət nümunələri göstərərək şəhidlik zirvəsinə ucalmış mübariz əsgərlərimizin böyük təntənə ilə keçirilən vida mərasimləri bir daha göstərir ki, xalqımız və ordumuz şəhidlərimizin intiqamını almağa, düşmən tapdağında olan ərazilərimizi azad etməyə hər an hazırdır və buna qadirdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı və müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri oxunduqdan sonra döyüş medalları şəhid ailələrinə təqdim edilib.
İlqar Verdiyevin təltif olunduğu “Hərbi xidmətlərə görə” medalı 11 yaşlı oğlu Kamranın yaxasına sancılanda şəhid övladının dediyi “Təki Vətən sağ olsun!” sözləri mərasim iştirakçılarına duyğulu anlar yaşadıb.
Fikrət Məmmədovun həyat yoldaşı Xəyalə Məmmədova, İlqar Verdiyevin atası Tapdıq Verdiyev, Elnur Cəfərovun qardaşı Zamiq Cəfərov, Ceyhun Orucəliyevin atası Pirəli müəllim Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə göstərdikləri diqqət və qayğıya görə minnətdarlıq ediblər.
Şəhid zabitlərin hərbiçi yoldaşları adından çıxış edən polkovnik Aydın Əyyubov böyük inam hissi ilə vurğulayıb ki, şəhidlərimizin qanı yerdə qalmayacaq, onların məzarları üzərinə sərilmiş üçrəngli bayrağımız Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, xalqımız və ordumuzun gücü, birliyi ilə Şuşada, Xankəndidə və işğal altında olan digər tarixi torpaqlarımızda dalğalanacaq, şəhid ruhları şad olacaq.
Mərasimdən sonra müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev şəhid ailələri ilə çay süfrəsi ətrafında səmimi söhbət edib, onların problem və qayğıları ilə maraqlanıb.
Xəbər lenti
Hamısına baxDünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53
Dünya
18 İyul 11:39
Gündəm
18 İyul 11:24
İqtisadiyyat
18 İyul 10:55
Yeni texnologiyalar
18 İyul 10:31
Turizm
18 İyul 10:19
Analitik
18 İyul 09:54
Ədəbiyyat
18 İyul 09:32
Ədəbiyyat
18 İyul 09:15
İdman
18 İyul 08:50
Ədəbiyyat
18 İyul 08:38
Dünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50

