/ / Şəkidə informasiya təhlükəsizliyi ilə bağlı bölgə mediasının qarşısında duran vəzifələr müzakirə olunub
Şəkidə informasiya təhlükəsizliyi ilə bağlı bölgə mediasının qarşısında duran vəzifələr müzakirə olunub
13.09.2014 [10:51]
Sentyabrın 12-də Şəki şəhərində Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə “Azərbaycanın informasiya təhlükəsizliyi bölgə mediası müstəvisində” mövzusunda konfrans keçirilib.
Tədbirdə şuranın idarə heyətinin üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələrinin, elektron media resurslarının rəhbərləri, Şəki və ətraf rayonlarda fəaliyyət göstərən qəzetlərin təmsilçiləri iştirak ediblər.
AzərTAc xəbər verir ki, toplantı iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə tər çiçəklər düzüb, xatirəsini ehtiramla yad ediblər.
Sonra media təmsilçiləri görkəmli mütəfəkkir Mirzə Fətəli Axundzadənin ev-muzeyində olub, abidəsini ziyarət ediblər. Toplantı iştirakçıları, həmçinin Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə də tər çiçəklər düzüblər.
İcra Hakimiyyətində şəhər rəhbərliyi ilə görüşən media nümayəndələrinə Şəkidə aparılan geniş abadlıq və quruculuq işləri barədə ətraflı məlumat verilib, bu qədim yurdun dünya miqyasında tanıdılmasına yönələn konkret tədbirlərdən söz açılıb.
“Şəki-Saray” hotelinin konfrans zalında keçirilən toplantını Mətbuat Şurasının sədri Əflatun Amaşov açaraq avqustun 29-da dövlət orqanlarının informasiyanın verilməsinə məsul struktur bölmələrinin və ölkənin aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilmiş müşavirəsinin ölkə həyatında mühüm hadisə kimi yadda qaldığını diqqətə çatdırıb. Bildirilib ki, müşavirədə Prezident Administrasiyasının rəhbərinin qaldırdığı məsələlər, eləcə də açıqladığı konkret faktlar informasiya təhlükəsizliyi məsələsinin təkcə paytaxt KİV-ləri üçün deyil, eyni zamanda, bölgə mətbuatı üçün də aktual tərəflərini ortaya qoyub.
Ə.Amaşov bildirib ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müşavirədə qeyd etdiyi kimi, bölgələrdə fəaliyyət göstərən kütləvi informasiya vasitələri yerli ictimai rəyi formalaşdırmaq xüsusiyyətinə malikdirlər. Bu baxımdan, onların hadisə və proseslərə yanaşma tərzindəki monolitlik də önəmli faktordur. Eyni zamanda, bölgədə fəaliyyət göstərən jurnalistlərin informasiya təhlükəsizliyi ilə bağlı məsələlərə yanaşması mühüm əhəmiyyət daşımaqdadır.
Konfransda Mətbuat Şurası sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu, şuranın idarə heyətinin üzvləri - Milli Məclisin deputatı Cavanşir Feyziyev, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək Azərbaycanın informasiya təhlükəsizliyi məsələsinin ölkə miqyasında müzakirəsini vacib məqam kimi vurğulayıblar.
Bildirilib ki, mətbuatımız təbiəti etibarilə cəmiyyətdə vətənpərvərlik hissinin aşılanmasına xidmət edən materiallara həmişə geniş yer verib. Bu tipli yazıların istər kəmiyyətinin, istərsə də keyfiyyətinin artırılmasına ehtiyac var. Natiqlər dünya miqyasında medianın milli maraqları müdafiə etməsi ilə bağlı nümunələrin üzərində dayanaraq qeyd ediblər ki, xalq və ölkə üçün vacib məqamlarda KİV-lərin monolit komanda kimi çıxış etməsi həlledici əhəmiyyətə malikdir.
Toplantıda çıxış edən bölgə mətbuatının nümayəndələri bildiriblər ki, media milli maraqları mütləq nəzərə almalı və ona söykənməlidir. Bu, hər bir jurnalistdən vətənpərvər olmağı tələb edir. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev də həmişə nitq və çıxışlarında jurnalistləri vətənpərvər olmağa çağırıb.
Çıxışlarda vurğulanıb ki, XXI əsr informasiya əsridir. Burada savaş təkcə müharibə meydanlarında getmir. Torpaqlarımızın 20 faizini işğal etmiş Ermənistan kimi qonşumuz varsa, mediamız təcavüzkarın informasiya manipulyasiyalarından da düzgün nəticə çıxarmağı bacarmalıdır. Bu baxımdan yerlərdə əhalini maarifləndirmək missiyasını həyata keçirən bölgə KİV-lərinin üzərinə də mühüm vəzifələr düşür.
Xəbər lenti
Hamısına baxMaraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37

