Yaponiyalı qonaqlar İsmayıllıda
13.09.2014 [10:57]
Sentyabrın 12-də Yaponiya İnstitutunun beynəlxalq məsələlər üzrə məsləhətçisi, Yaponiyanın Azərbaycandakı sabiq səfiri Toşiyuko Fucivara, Beynəlxalq Əlaqələr üzrə İto Şəhəri Assosiasiyasının sədri Fujihiro Onuma və xanımı Minako Onuma İsmayıllıya gəliblər.
AzərTAc xəbər verir ki, qonaqlar İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda qarşılanıblar.
Qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar. Onlar şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstəsi qoyublar.
Heydər Əliyev Mərkəzinin konfrans zalında qonaqların rayon rəhbərliyi, Yaponiyada səfərdə olmuş İsmayıllı məktəbliləri, İto şəhərinin məktəbliləri ilə daimi əlaqə saxlayan şəhər 1 nömrəli tam orta məktəbinin şagirdləri, Yaponiya hökumətinin İsmayıllıda həyata keçirdiyi layihələrdən faydalanan ərazilərin icra nümayəndələri və bələdiyyə sədrləri ilə görüşü keçirilib.
Qeyd edək ki, İsmayıllı rayonu ilə əlaqələr Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində 2004-cü ildən - Ruşan kəndində məktəb tikintisi ilə başlanıb. Sonrakı illərdə Qalacıq kəndində həkim məntəqəsi, Basqalda kəlağayı istehsalı sexi, Buynuz kəndində məktəb, Quşencə ərazisində məişət tullantıları poliqonu və uşaq bağçası, İvanovka kəndinin xəstəxanasında doğum şöbəsi, Lahıc qəsəbəsində 400 tonluq su anbarı və kanalizasiya xətti, bir neçə artezian quyusu və s. inşa olunub. Həmçinin 2009-cü ildə Yaponiyanın “Kosuqi Zohen” korporasiyasının prezidenti Kosuqi Saki tərəfindən İsmayıllı şəhərində bu ölkənin mədəniyyətini, təbiətini, ekologiyasını əks etdirən bağ salınıb.
Bu layihələrin icrası prosesində Yaponiyanın İto şəhəri ilə İsmayıllı şəhəri arasında dostluq əlaqələri yaranıb, şəhərlərin qardaşlaşması barədə müqavilə bağlanıb. Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə İsmayıllının nümayəndə heyəti 2013-cü il noyabrın 20-də Yaponiyaya səfər edib. Bu ilin avqust ayının birinci ongünlüyündə İto şəhəri məktəbliləri ilə məktublaşan İsmayıllı məktəblilərindən 6 nəfər rayon təhsil şöbəsi müdirinin rəhbərliyi ilə Yaponiyaya gedib. Səfər zamanı onlar İto və Tokio şəhərlərində olub, “Yay festivalı”nda iştirak ediblər.
Sentyabrın 12-də İsmayıllıya gələn yaponiyalı qonaqlar səfər proqramı çərçivəsində şəhərdəki “Yapon bağı” ilə tanış olub, oradan Hacıhətəmli kəndindəki “Şato monolit” şirkətinə gəliblər. Şirkət və onun fəaliyyəti ilə tanışlıqdan sonra Lahıc qəsəbəsini ziyarət edən qonaqlar bu yerin tarixi, mədəniyyəti, xalq sənətkarlığı barədə zəngin məlumatlar əldə ediblər.
Sentyabrın 13-də Yaponiya nümayəndə heyəti Basqal qəsəbəsinə baş çəkəcək, burada yerli mətbəxlə və kəlağayı sexi ilə tanış olacaq.
Xəbər lenti
Hamısına baxDünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35

