Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında “Bilik Günü” qeyd olunub
16.09.2014 [09:37]
Yeni tədris ilinin başlaması ilə əlaqədar respublikanın bütün təhsil müəssisələrində olduğu kimi, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında da 15 Sentyabr - “Bilik Günü” qeyd olunub.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildiriblər ki, əlaçı kursantlar tərəfindən təntənəli surətdə dövlət bayrağı qaldırıldıqdan sonra dövlət himni səsləndirilib.
Tədbirdə Akademiya rəisinin birinci müavini, general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlanması münasibətilə təbrik edib.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar respublikanın sürətli inkişaf yolunu təmin edib, bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb. Bu gün ölkəmiz dinamik inkişaf edən, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanan, beynəlxalq nüfuza malik ölkəyə çevrilib, Cənubi Qafqazın lider dövləti və regionun siyasi-iqtisadi mərkəzi kimi statusunu daha da möhkəmləndirib.
Diqqətə çatdırılıb ki, əsası Ümummilli lider tərəfindən qoyulmuş təhsil strategiyası bu gün dövlətimizin başçısının və Heydər Əliyev Fondunun hərtərəfli qayğısı ilə yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir, ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir, fəal milli maarifçilik xətti yeridilir. Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya olunur, təhsil sahəsinə əhəmiyyətli investisiya qoyuluşunun təmin edilməsi xüsusi önəm daşıyır.
General-mayor Şahin Sultanov vurğulayıb ki, gənclər və təhsil siyasətini daim diqqət mərkəzində saxlayan dövlətimizin başçısı cari ilin iyun ayında ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilmiş 23-cü sessiyasındakı çıxışında təhsil məsələsinin vacibliyini önə çəkərək deyib: “Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi qarşımıza qoyduğumuz digər prioritetlərdən biri təhsildir. Biz təhsil sahəsinə böyük investisiyalar qoyuruq, çünki bizə savadlı insanlar, yaxşı mütəxəssislər lazımdır. Eyni zamanda, savadlı insanlar heç zaman aldatmaya, xarici təsirə, müdaxiləyə məruz qala bilməz. Təhsil ekstremizmə, radikalizmə, millətçiliyə və ksenofobiyaya qarşı zəmanətdir”.
Qeyd edilib ki, respublikada gənc nəslin günün tələblərinə uyğun hazırlanmasını və inkişafını təmin etmək üçün təhsil sistemində yeni informasiya texnologiyalarının tətbiqinə geniş yer verilir, müasir elmi-texniki nailiyyətlər, yeniliklər təhsil proqramlarına daxil edilir. Müasir informasiya texnologiyalarının və onların inkişafı ilə bilavasitə bağlı olan informasiya təhlükəsizliyi probleminin öyrənilməsi və tədrisi akademiyada daim diqqət mərkəzində saxlanılır. Problemin aktuallığı nəzərə alınaraq 2008-ci ildə yaradılmış “İnformasiya təhlükəsizliyi” fakültəsini bu il bitirən ilk məzunlar artıq milli təhlükəsizlik orqanlarında öz ixtisasları üzrə fəaliyyət göstərirlər. 2005-ci ildən Boloniya prosesinə qoşulmuş respublikamızın digər ali təhsil müəssisələrində olduğu kimi, akademiyada da Boloniya sisteminə keçilib, kursantların biliyinin daha düzgün və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunub.
Bildirilib ki, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və Ulu öndərin adını şərəflə daşıyan akademiya fəaliyyətə başladığı ilk gündən Onun milli mənafelərə əvəzsiz xidmət ideyalarını, zəngin irsini yaşadan, qoruyub saxlayan və öyrənən, yeni nəsil zabitləri azərbaycançılıq ruhunda tərbiyə edən və yetişdirən xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada tədris prosesində yüksək biliklərə yiyələnmək, vətənpərvərlik, milli maraqlara, Heydər Əliyev dövlətçilik amallarına sadiqlik, Vətənə, xalqa sədaqət, nizam-intizam və nümunəvi davranış başlıca meyarlardır.
Hazırda dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı, milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudovun gündəlik nəzarəti və tələbkarlığı sayəsində akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi olaraq planlı şəkildə tədbirlər həyata keçirilir, tədris bazası və xidməti şərait daha da təkmilləşdirilir, bu elm ocağı durmadan inkişaf edir, şəxsi heyət yaradılmış şəraitdən maksimum səmərəli istifadə edərək daim yüksək nəticələrə nail olur.
General-mayor Şahin Sultanov Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü hər şeydən uca tutan Prezident, Ali Baş Komandan İlham Əliyevin son dövrlərdə cəbhə bölgəsinə səfərlərindən danışıb və cari il avqust ayının 6-da Ağdam rayonunda hərbi qulluqçularla görüşdə dövlətimizin başçısının söylədiyi fikirləri bir daha şəxsi heyətin diqqətinə çatdırıb: “Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma “erməni dövləti”nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla”.
Bununla əlaqədar akademiya rəisinin birinci müavini yaxşı oxumaq, əməliyyat işinin və hərbçi peşəsinin sirlərinə dərindən yiyələnmək, hər an torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinin icrasına hazır olmaqla bağlı nazir Eldar Mahmudovun tövsiyə və tapşırıqlarını bir daha kursantlara çatdırıb.
Xüsusi təyinatlı ali təhsil müəssisəsi olan Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və milli təhlükəsizlik naziri, general-polkovnik Eldar Mahmudova Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlıq bildirilib.
Tədbirin sonunda kursantlar yeni biliklərə yiyələnmək üçün marş sədaları altında tribunanın önündən keçərək auditoriyalara yollanıb və Akademiyada tədris prosesinə başlanılıb.
Xəbər lenti
Hamısına baxHərbi
27 Sentyabr 23:11
Siyasət
27 Sentyabr 22:25
İdman
27 Sentyabr 21:39
Dünya
27 Sentyabr 20:18
Siyasət
27 Sentyabr 20:00
Dünya
27 Sentyabr 19:21
Dünya
27 Sentyabr 18:35
YAP xəbərləri
27 Sentyabr 17:45
Dünya
27 Sentyabr 17:18
Dünya
27 Sentyabr 16:32
Sosial
27 Sentyabr 15:17
YAP xəbərləri
27 Sentyabr 14:06
Dünya
27 Sentyabr 13:19
Dünya
27 Sentyabr 12:38
Dünya
27 Sentyabr 11:20
Siyasət
27 Sentyabr 10:46
Gündəm
27 Sentyabr 10:36
Gündəm
27 Sentyabr 09:08
Siyasət
27 Sentyabr 08:26
Formula 1
27 Sentyabr 08:15
Siyasət
27 Sentyabr 07:25
Hadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37

