/ / Naxçıvanın qədim tarixi ilə tanışlıq Humanitar Forumun iştirakçılarında zəngin təəssüratlar yaradıb
Naxçıvanın qədim tarixi ilə tanışlıq Humanitar Forumun iştirakçılarında zəngin təəssüratlar yaradıb
09.10.2014 [09:58]
Dördüncü Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarının bir qrupu oktyabrın 4-5-də Naxçıvan Muxtar Respublikasında səfərdə olub.
AzərTAc xəbər verir ki, dünyanın müxtəlif ölkələrini, beynəlxalq təşkilatları təmsil edən tanınmış ictimai-siyasi xadimlərdən, elm adamlarından ibarət nümayəndə heyəti Naxçıvan Beynəlxalq Hava Limanında böyük qonaqpərvərliklə qarşılanıb.
Qonaqlar qədim diyarın tarixi-memarlıq abidələri, muzeyləri, gəzməli-görməli yerləri ilə tanış olublar.
Əvvəlcə Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinə gələn Forum iştirakçıları burada Ümummilli liderin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlərə, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallara, məktublara, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətlərinə, Ulu öndərə məxsus şəxsi əşyalara maraqla baxıblar. Qeyd olunub ki, ümumilikdə muzeydə 4 min 536 eksponat var. Muzeyin kitabxanasında Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qəzet, jurnal, albom və kitablar, videomateriallar toplanıb.
Fondunda 3 min 537 maddi-mədəniyyət nümunəsi olan Naxçıvan Dövlət Xalça Muzeyi də qonaqlarda xoş təəssürat yaradıb. Bildirilib ki, həmin maddi-mədəniyyət nümunələrinin 331-i xalçadır. Ekspozisiyada isə 283 eksponat nümayiş etdirilir. Muzeydəki eksponatlar müxtəlif xalçaçılıq məktəbləri üzrə qruplaşdırılıb. Ekspozisiyada müxtəlif dövrlərə aid nəfis və zərif naxışlarla bəzədilmiş xalçalar nümayiş etdirilir. Burada xovlu xalçalar, məfrəş, palaz, cecim, kilim, sumax, keçə, həsir, süjetli və digər xalça növləri var. Xalçalardakı həndəsi və nəbati formalı naxışlar uzaq keçmişdən xəbər verən milli mədəniyyətimizin tarixini səciyyələndirir.
Naxçıvan şəhərindəki Əcəmi Seyrəngahında yerləşən Açıq Səma Altında Muzey qonaqların böyük marağına səbəb olub. Naxçıvan Muxtar Respublikasının ərazisindən tapılan müxtəlif dövrlərə aid 450 maddi-mədəniyyət nümunəsi - daşdan düzəldilmiş qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlar, qəbirüstü sənduqələr onların diqqətini xüsusi olaraq cəlb edib.
Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan Möminə Xatın türbəsi ilə tanışlıq Forumun iştirakçılarında qədim Naxçıvanın tarixinə böyük maraq yaradıb. Bildirilib ki, bu möhtəşəm abidə 1186-cı ildə tikilib. Həmin dövrdə Azərbaycanın Atabəylər dövlətinin banisi Şəmsəddin Eldəniz həyat yoldaşı Möminə Xatının məzarı üzərində məqbərə yaradılmasına qərar verib və bundan sonra məqbərə Əcəmi Əbu Bəkr oğlu Naxçıvani tərəfindən tikilib. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə də qalan abidənin baştağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.
Türbə yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir.
“Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə tanışlıq qonaqların diqqətini Naxçıvanın siyasi tarixinə cəlb edib. Qeyd olunub ki, bu muzey Naxçıvan xanlığının milli dövlətçiliyimizdəki rolu, Azərbaycanın bu ərazisindəki torpaqlarının qorunub saxlanılmasındakı xidmətləri nəzərə alınaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il oktyabrın 23-də imzaladığı Sərəncam ilə yaradılıb. Hazırda 8 ekspozisiya zalından ibarət olan muzeydə 900-dən artıq eksponat var. Bu eksponatlar içərisində arxiv sənədləri, fotoşəkillər, Naxçıvan xanlarının şəcərəsi, xanlığın xəritəsi də nümayiş etdirilir.
Heydər Əliyev Sarayında yaradılan möhtəşəm şəraitlə tanış olan Forum iştirakçıları “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində də olublar. Muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında onlara ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrünə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar qiymətli eksponatlardır. Naxçıvanın 5 minillik şəhər mədəniyyəti qonaqlarda böyük maraq doğurub. Kompleksin yanında yerləşən Nuh peyğəmbərin türbəsi də dahilər yurdunun qədim tarixindən xəbər verir.
Naxçıvanın zəngin, qədim tarixi ilə bağlı 48 mindən çox eksponatın qorunub saxlandığı Naxçıvan Dövlət Tarix Muzeyi də qonaqlarda dərin təəssürat yaradıb. Burada diqqətə çatdırılıb ki, ekspozisiya əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. Muzey 10 şöbədən ibarətdir. Burada müxtəlif çeşidli əmək alətləri, Paleolit və Neolit dövrlərinin əşyaları, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan Muxtar Respublikası ərazisində aşkar olunan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, dekorativ tətbiqi sənətə aid xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının gözəl əl işləri sərgilənir.
Ümummilli liderimiz Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə tikilmiş Hüseyn Cavid məqbərəsinə gələn Forum iştirakçıları Azərbaycanın böyük şairi və dramaturqunun xatirəsini yad ediblər. Qonaqlara Ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin nəşinin ölkəmizə gətirilməsi üçün göstərdiyi səylər barədə məlumat verilib, bu abidənin açılışının da məhz Heydər Əliyev tərəfindən dahi dramaturqun 114 illiyinin qeyd olunduğu 1996-cı ildə baş tutduğu bildirilib.
Qonaqlar Duzdağ Fizioterapiya Mərkəzində də olublar. Qeyd edilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıqlarla və ləvazimatlarla təmin olunub. Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi təsiri, digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar.
Ordubad şəhərinə də gələrək buradakı tarixi-memarlıq abidələri, muzey və görməli yerlərlə tanış olan qonaqlar şəhərdəki möhtəşəm çinar ağaclarının altında adı dillərdə əzbər olan Ordubad limonu və mürəbbələri ilə bəzədilmiş çay süfrəsinə qonaq olublar. Şəhərin ecazkar görünüşü və ətrafdakı əzəmətli dağlar onları heyran qoyub.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində qonaqlara məlumat verilib ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də öz əksini tapıb. Adı çəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Əshabi-Kəhflə bağlı rəvayətləri maraqla dinləyən qonaqlar ziyarətgahı gəzərək, parçalanan nəhəng dağı heyranlıqla seyr ediblər.
Naxçıvan Dövlət Musiqili Dram Teatrı ilə tanışlıq və burada Naxçıvan Dövlət Filarmoniyası Kamera Orkestrinin ifasında möhtəşəm konsert proqramı qonaqların sürəkli alqışları ilə qarşılanıb.
Naxçıvan Dövlət Universiteti ilə də tanış olan Humanitar Forumun iştirakçıları oktyabrın 5-də Naxçıvandan zəngin təəssüratlarla ayrılıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56

