Zəngilanın işğalından 21 il ötdü...
29.10.2014 [09:59]
İşğal nəticəsində bəşəriyyətin florasının incilərindən sayılan, dünyada II, Avropada I nadir Çinar meşələri düşmən əlinə keçdi
Bu gün Azərbaycan Respublikasının Zəngilan rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 21 il ötür. Zəngilan ərazisi nəinki Azərbaycanın, ümumilikdə insanlıq tarixinin ən qədim yaşayış məskənlərindən hesab olunur. Erməni işğalına qədər bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verirdi. Rayon statusunu 1930-cu ildə əldə edən Zəngilan rayonunun ərazisi 707 kv. km., əhalisi isə 35.351 nəfər idi. İşğala qədər rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Rayonun mərkəzi Zəngilan şəhəridir. Onu da bildirmək yerinə düşər ki, Zəngilanın işğalı nəticəsində bəşəriyyətin florasının incilərindən sayılan, dünyada II, Avropada I nadir Çinar meşələri, yerüstü və yeraltı sərvətlər, o cümlədən, 67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol stansiyası, 2 şərab zavodu, Konserv zavodu, dəmir yol deposu düşmənin əlinə keçdi...
İşğala qədər rayonda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min m3 olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min m3 təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min m3 olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min m3 olan Zəngilan qum-çınqıl qarışığı yataqları olub.
Məlum olduğu kimi XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, siyasi anarxiya, xaos, hakimiyyətsizlik və daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri, o cümlədən ermənilərin başlatdığı separatçılıq torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Bu isə Azərbaycan tarixinə daha bir qara günün əlavə edilməsi ilə nəticələndi- 29 Oktyabr...
Bəli, Zəngilan da digər rayonlar kimi müharibə alovunu 1990-cı ildən hiss etməyə başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali o dövrün hakimiyyətindən gizləyib saxladıqları ov tüfəngləri ilə öz yurd-yuvalarını qorumaq üçün sipərə çevrildi. Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. İşğala aparan xronologiyaya nəzər saldıqda bu daha aydın olur. 1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları intensivləşməyə başladı və nəticədə, fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndləri basqına məruz qaldı. Rayon ərazisində açıq döyüş vəziyyəti hökm sürürdü.
1992-ci il iyunun 29-da edilən hücum kəskinləşir və artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tuturdu. Beləliklə, bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qaldı. 1993-cü ildə isə döyüşlər ara vermirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrildi. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəliləyib rayon mərkəzini mühasirəyə aldı. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olundu, bununla da Zəngilanın düşmən tərəfindən mühasirəsi başa çatdırıldı.
Təxminən 34 min əhali İran sərhədinə - Araz çayının kənarına toplaşdı. Ümummilli liderimiz Heydər Əliyev İran hökuməti ilə danışıqlar apardıqdan sonra Araz çayı üzərindəki bənddə su bağlandı və əhali çayı keçib xilas oldu. Buna görə də zəngilanlılar Ulu öndər Heydər Əliyevə daim minnətdardırlar. Çünki İran hökumətinin razılığı əldə edilməsəydi, Zəngilan əhalisi ya bir nəfərə kimi məhv olmalı, ya düşmənə əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı...
Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşıb. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində 33 döyüşçü qəhrəmancasına həlak olub, 7 nəfər polis işçisi itkin düşüb. Zəngilan 200 nəfərdən çox şəhid verib, 12800 uşaq zərər çəkib, 395 uşaq yetim qalıb. 44 nəfərin aqibəti isə bəlli deyil, 127 nəfər müharibə əlilidir...
Onu da qeyd edək ki, digər məcburi köçkünlər kimi zəngilanlılar da dövlət qayğısı ilə əhatə olunublar, onların həyat şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər görülüb. Lakin bu diqqət zəngilanlılara doğma ocağa qayıtmaq arzusunu unutdurmayıb. Onlar inanırlar ki, Cənubi Qafqazın lider dövləti olan Azərbaycan öz torpaqlarını işğaldan azad edəcək və həmin çox uzaqda deyil. Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan xalqı bu işğal faktı ilə barışmayacaq və silahlı yolla da olsa, biz öz torpaqlarımıza qovuşacağıq...
PƏrviz
Xəbər lenti
Hamısına baxDünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54

