Amerikalı professor ölkəsində Azərbaycan folklorunu tədris etmək istəyir
18.11.2014 [09:47]
ABŞ-ın Koustal Karolina Universitetinin professoru Anna Oldfield Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin dəvəti ilə Azərbaycana gələn xanım professor “Azərbaycanda musiqi və multikulturalizm”, “XIX əsr qadın aşıqlarının həyatı və mühiti”, “Azərbaycan aşıqları və adət-ənənələrdə transformasiya” mövzusunda araşdırmaların müəllifidir.
Anna Oldfield Viskonsin-Madison Universitetində “Azərbaycanın qadın aşıqları: adət-ənənələr və onların transformasiyası” mövzusunda dissertasiya müdafiə edərək etnomusiqişünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Beynəlxalq layihələr sektorunun təşkilatçılığı ilə keçirilən görüşdə Anna Oldfieldin Azərbaycan folklorunun ABŞ universitetlərində tədrisi təklifinə cavab olaraq Fondun icraçı direktoru Oktay Səmədov bildirib ki, Bilik Fondu tədris vəsaitlərinin toplanmasında, tərcüməsində amerikalı professora dəstək verməyə hazırdır.
Anna Oldfield ədəbiyyatın seçilməsində konkret istiqamət müəyyənləşdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, tələbələr Azərbaycan dastanlarını, xüsusən “Koroğlu”nu, “Aşıq Qərib”i, “Kitabi-Dədə Qorqud”u, “Əsli və Kərəm”i öyrənməkdə maraqlıdırlar. Tədrisdə müasir texnologiyaların tətbiqinin vacibliyinə toxunan xanım professor vurğulayıb ki, auditoriyalarda filmlərin ingilis dilində subtitrlə nümayişi daha effektlidir.
O.Səmədov bu fikri müsbət dəyərləndirərək deyib ki, Bilik Fondu dastanlarımızın ekran variantlarını Anna Oldfieldin təklif etdiyi formada ona təqdim edə bilər.
2015-ci ildə Azərbaycanda alman şərqşünası Fridrix fon Ditsin “Kitabi-Dədə Qorqud”un elm aləminə tanıdılmasının 200 illiyinə həsr olunmuş tədbirlərin keçiriləcəyi planlaşdırılır. Amerikalı professorun həmin tədbirlərdə iştirakının məqsədəuyğun olacağını bildirən icraçı direktorun dəvətini Anna Oldfield məmnunluqla qəbul edib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

