Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Binəqədi rayonunda Ümumdünya Əlillər Günü qeyd olunub

Binəqədi rayonunda Ümumdünya Əlillər Günü qeyd olunub

04.12.2014 [10:00]

Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər Günü Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da geniş şəkildə qeyd olunur. Bununla əlaqədar dekabrın 3-də Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yaşayan müxtəlif kateqoriyalı əlil ailələrinə baş çəkilib.
Görüşdə Binəqədi rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Aygün Əliyeva, RİH başçısı Aparatının məsul əməkdaşları iştirak ediblər. Görüş zamanı Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva əlil ailələrinin evində olub, ölkəmizdə əlillərin sosial müdafiəsinə xüsusi diqqət yetirildiyini və əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib. A.Əliyeva əlil ailələrinin problemlərini dinləyib və onlara Binəqədi rayon İcra Hakimiyyətinin hədiyyə və yardım sovqatını təqdim edib.
Ümumilikdə, həmin gün Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən rayon ərazisində yaşayan 200-dən çox əlilə hədiyyə və yardım sovqatı verilib.

Paylaş:
Baxılıb: 866 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30