Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib

Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib

04.12.2014 [10:07]

Ağstafa məktəbliləri müasir Azərbaycan tarixinin ən görkəmli siması, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə həsr edilən “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın memarı və qurucusudur” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularındakı açıq dərslərdə yüksək fəallıq nümayiş etdirirlər.
Rayon təhsil şöbəsindən AzərTAc-a bildiriblər ki, Ağstafa şəhərindəki Heydər Əliyev Mərkəzində tarix müəllimi Kəmalə Həsənova tərəfindən keçirilən növbəti açıq dərsdə Saloğlu qəsəbə, Poylu, Pirili və Kolxəlifəli kənd tam orta məktəblərinin XI sinif şagirdləri iştirak ediblər.
Dərs prosesində şagirdlərə Ümummilli liderin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib. Bildirilib ki, bugünkü müstəqil dövlətimizin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Ulu öndərin xidmətləri əvəzsizdir. Məhz Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində, Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib.
Açıq dərsdə Ümummilli lider haqqında sənədli film də nümayiş etdirilib.

Paylaş:
Baxılıb: 864 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Xəbər lenti

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30