TƏHSİLİMİZİN FLAQMANI 95 YAŞINDA...
09.12.2014 [09:21]
95 yaşlı Bakı Dövlət Universiteti nüfuzlu elm, tədris və təlim mərkəzi olmaqla yanaşı, Azərbaycan təhsilinin bayraqdarı kimi çıxış edir və təhsilimizin, milli dövlətçilik ənənələrinin inkişafına əhəmiyyətli töhfələr verir, eyni zamanda, perspektiv inkişafın elmi-strateji əsaslarını formalaşdırır
Azərbaycanda hər bir sahədə müşahidə olunan mütəmadi inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu öndər Heydər Əliyevin ideyaları və həmin ideyalar zəminində həyata keçirilən strateji kurs dayanır. Ümummilli lider Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm, fundamental töhfələr verir.
Azərbaycan təhsilinin bayraqdarı olan Bakı Dövlət Universiteti özünün inkişaf dövrünü yaşayır
Şübhəsiz, təhsil sektorunun inkişafı müvafiq sahədə ayrı-ayrı akademik təsisatların, o cümlədən, ali təhsil müəssisələrinin fəaliyyət mexanizminin səmərəliliyinin artırılmasına zəmin yaradır. Bu mənada, Azərbaycan təhsilinin flaqmanı olan Bakı Dövlət Universiteti (BDU) də bu gün özünün inkişaf dövrünü yaşayır. Müsəlman Şərqində Avropa tipli ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universiteti yarandığı dövrün ilk illərində çətin və mürəkkəb dönəm keçmiş, müəyyən problemlərlə üzləşmişdir. Hətta ötən əsrin 20-ci illərinin sonu - 30-cu illərinin əvvəllərində Universitetin fəaliyyəti qeyri-müəyyən səbəblərdən dayandırılmışdı. Universitet 1934-cü ildən sonra öz fəaliyyətini davam etdirməyə başlasa da, 70-ci illərə qədər mövcud problemlər davam etmişdir. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dönəmdə bütün sahə və sektorlarda olduğu kimi, Azərbaycan təhsilində də kardinal islahatlar həyata keçirilmiş və bu sahədə əsaslı inkişaf tempi qeydə alınmışdır. Bu kontekstdə Azərbaycan təhsilinin bayraqdarı olan Bakı Dövlət Universitetinin də fəaliyyətində əsaslı dönüş yaranmış, universitet milli kadr potensialının formalaşdırılması, əsaslı kadr islahatlarının həyata keçirilməsi işinə əhəmiyyətli töhfələr vermişdir.
Bununla yanaşı, 1991-ci ildə dövlət müstəqilliyinin əldə olunmasından sonra dövlətin təhsilə yüksək səviyyəli diqqət və qayğısının fonunda Bakı Dövlət Universiteti səmərəli fəaliyyətini davam etdirmiş, dövrün çağırışlarına müvafiq fəaliyyət mexanizmi sayəsində çoxsaylı və silsilə xarakterli nailiyyətlər əldə edilmişdir. Nəticə etibarilə, BDU elm və təhsilin inkişafı, kadr potensialının formalaşdırılması və təkmilləşdirilməsi, mədəniyyətin yeni komponentlərlə zənginləşməsi və digər istiqamətlərdə müstəsna töhfələr bəxş etmişdir.
Ulu öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin 80 illiyi ilə əlaqədar universitetin kollektivinə 28 dekabr 1999-cu il tarixində göndərdiyi təbrik məktubunda qeyd etmişdir: “Bakı Dövlət Universiteti öz fəaliyyətinin bütün dövrlərində elm və təhsil məbədi olmaqla yanaşı, həm də Azərbaycan dilinin inkişafında, milli şüurun, vətənpərvərlik ruhunun inkişafında xidmətlər göstərmiş bir mərkəz rolunu oynamışdır”.
BDU Azərbaycan təhsilinin beynəlxalq inteqrasiyasına fundamental töhfələr bəxş edir
Bu gün respublikanın aparıcı elm və təhsil, o cümlədən, elmi-tədqiqat mərkəzi olan Bakı Dövlət Universiteti həm Azərbaycan təhsilinin inkişafına, həm də ikitərəfli səmərəli beynəlxalq əməkdaşlıq əlaqələrinə malik olmaqla Azərbaycan təhsilinin beynəlxalq inteqrasiyasına fundamental töhfələr bəxş edir. Sirr deyil ki, bu gün universitet geniş beynəlxalq əlaqələrə malikdir və dünya reytinq sıralamasında davamlı irəliləyişə malikdir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 2010-cu ilin dekabrında akademik göstəricilərə görə universitetlərin reytinqi üzrə siyahıda dünyanın ən yaxşı 2000 universitetinin adı göstərilmişdi və bu siyahıda Azərbaycandan yalnız Bakı Dövlət Universiteti yer almışdı.
BDU-dan məzun olan kadrlar idarəetmənin müasir prinsiplər və standartlar üzrə təşkilinə töhfə verirlər
Bir məqama xüsusilə toxunmaq gərəkdir ki, Bakı Dövlət Universitetindən məzun olan kadrlar cəmiyyətin ayrı-ayrı sahələrində, ictimai-sosial münasibətlər sistemində təmsil olunmaqla idarəetmənin müasir prinsiplər və standartlar üzrə təşkilinə töhfə verməkdədirlər.
Ümumiyyətlə, Azərbaycanda iqtisadiyyatın inkişafı, informasiya və kommunikasiya texnologiyalarının genişlənməsi, yeni istehsal sahələrinin yaranması və təkmilləşməsi öz növbəsində yeni peşəkar kadrların hazırlanması zərurətini ortaya çıxarır. İstənilən sahənin inkişafında ixtisaslı kadrların hazırlıq səviyyəsi və fəaliyyəti həlledici əhəmiyyət daşıyır. Hər hansı sahədə irəliləyişin əldə olunması üçün ən vacib məsələlər maddi-texniki bazanın və savadlı, intellektual və peşəkar kadrların mövcudluğudur. Dolayısıyla, müasir elmi-texniki yeniliklərdən xəbərdar olan, iqtisadiyyatda idarəetmənin müasir metodlarına yiyələnən peşəkar kadrlara tələbat da artır.
Bu çağırışlara müvafiq olaraq ölkədə kadr hazırlığına xidmət edən təhsil sahəsinə çox böyük diqqət ayrılır. Bu istiqamətdə görülən işlər başlıca olaraq təhsildə kəmiyyət və keyfiyyət dəyişikliklərinə yönəlib. Təhsil sektorunda gerçəkləşdirilən islahatlar təlim-tədris prosesinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verir.
Bu baxımdan, Bakı Dövlət Universitetinin səmərəli fəaliyyəti müxtəlif sahələr üçün yararlı, yüksəksəviyyəli kadr potensialının formalaşdırılması işinə də geniş imkanlar yaradır. Bu proses həm Azərbaycanda peşəkar kadr potensialının yetişdirilməsi, həm də gənclərin müxtəlif ölkələrdə təhsil almasına geniş şərait və imkanlar yaradılması vasitəsilə həyata keçirilir.
Nəticə etibarilə, bu gün Ümummilli lider Heydər Əliyev ideyaları əsasında fəaliyyət göstərən 95 yaşlı Bakı Dövlət Universiteti nüfuzlu elm, tədris və təlim mərkəzi olmaqla yanaşı, Azərbaycan təhsilinin bayraqdarı kimi çıxış edir və təhsilimizin, milli dövlətçilik ənənələrinin inkişafına əhəmiyyətli töhfələr verir, eyni zamanda, perspektiv inkişafın elmi-strateji əsaslarını formalaşdırır.
Nurlan QƏLƏNDƏRLİ
BDU-nun keçirdiyi müsabiqəyə təqdim olunur
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13

