YAP gənclərlə bağlı uğurlu layihələr həyata keçirir
20.12.2014 [12:09]
Partiya “Heydər Əliyev məktəblilərin gözü ilə” inşa müsabiqəsinin qalibi olan və tələbə adını qazanan gənclərə təqaüd verir
Azərbaycanın iqtisadi və maliyyə imkanları artdıqca milli-intellektual potensialın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də böyük vüsət alır. Ölkə Prezidenti İlham Əliyevin vurğuladığı kimi, bizim məqsədimiz neft kapitalını insan kapitalına çevirməkdən ibarətdir. Görülən işlərin nəticəsidir ki, Azərbaycanda minlərlə məktəb inşa olunub, təmir edilib, həmçinin, azərbaycanlı gənclər təhsil almaq üçün xarici ölkələrə göndərilib.
Vurğulamaq yerinə düşər ki, dövlətin həyata keçirdiyi təhsil siyasətinə ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) da özünəməxsus şəkildə töhfəsini verir. Xüsusilə qeyd etmək lazımdır ki, YAP gənclərlə bağlı bir sıra layihələrin də müəllifidir və bu layihələr vasitəsilə gənclərimizə diqqət göstərilir, fəal gənclərin üzə çıxarılıb onların potensialından səmərəli istifadə olunması yönündə addımlar atılır. Partiyamız sosial-mədəni həyatın əsas sahələrinin - elmin, təhsilin və mədəniyyətin inkşafının, gənc nəslin tərbiyəsinin ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırılması istiqamətində həyata keçirilən dövlət siyasətinə yaxından dəstək göstərir. Bütün sadalanan prinsiplərə hər zaman sadiqliyini nümayiş etdirən Yeni Azərbaycan Partiyasının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən və artıq ənənə halını almış, məktəblilər arasında “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsi isə xüsusilə diqqət cəlb edir.
Qeyd edək ki, bu layihənin əsası 2007-ci ildə Yeni Azərbaycan Partiyası, Təhsil Nazirliyi və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qoyulub. Daha sonra Heydər Əliyev Fondu da bu layihəyə qoşularaq gəncliyin inkişafına öz töhfələrini verməkdədir. Həmin müsabiqənin qalibləri Ulu öndərin doğum günü ərəfəsində keçirilən təntənəli mərasim zamanı mükafatlandırılır. Həmin mükafatlandırmadan əlavə YAP bəyan edib ki, əgər müsabiqənin qalibləri ali məktəblərə qəbul olub tələbə adını qazanarlarsa, onlara ali təhsillərini bitirənədək partiyanın təqaüdü veriləcək. Artıq YAP-ın təqaüdünü alanların sayı 33 nəfərdir və bu təqaüdü alanlardan ali məktəbləri başa vuranlar da var. Tələbə-gənclərə təqaüdlərin verilməsi bir daha Yeni Azərbaycan Partiyasının gənc nəslin inkişafına göstərdiyi qayğının təcəssümüdür. Bu təqaüdün sahibləri də YAP tərəfindən belə təşəbbüslərin həyata keçirilməsini yüksək qiymətləndirirlər.
Yeri gəlmişkən, inşa müsabiqəsinin qaliblərindən olan - Nigar Elmir qızı Əzizova və Fidan Bünyət qızı Bünyətzadə Ümummilli liderimiz Heydər Əliyevin xatirəsinə təsis edilən təqaüdün sahibi olmaqla qazandıqları uğurun bəhrəsini hələ qarşıdakı 4 il ərzində görəcəklər. Onlardan Nigar Əzizova 1997-ci ildə Naxçıvan şəhərində anadan olub. Orta təhsilini Naxçıvanda Ümummilli lider Heydər Əliyevin adını daşıyan məktəbdə alıb. Orta təhsil aldığı müddətdə bir sıra olimpiada və müsabiqələrdə iştirak edərək yüksək nəticələr qazanıb. Məsələn, Nigar bu il-11-ci sinifdə oxuyarkən “Azərbaycan dili və ədəbiyyatı” üzrə respublika müsabiqəsində 3-cü yer qazanıb. O, “Heydər Əliyev məktəblilərin gözü ilə” müsabiqəsində də 11-ci sinifdə oxuyarkən iştirak edib və “Dünya azərbaycanlılarının lideri, dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolu Vətənə və xalqa sədaqətin parlaq nümunəsidir” adlı inşa yazıb. Bu inşa isə münsiflər tərəfindən I yerə layiq görülüb. Orta məktəbi bitirdikdən sonra ali məktəbə qəbul olmaq üçün imtahan verib və tələbə adını qazanıb. Hazırda N.Əzizova Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin I kurs tələbəsidir. İngilis dili tərcüməçisi ixtisası üzrə təhsil alan Nigar deyir ki, müsabiqənin keçirilməsi haqqında ona məktəbdə məlumat verilib: “Şərtləri öyrəndikdən sonra mən də müsabiqəyə qatıldım. Ümummilli liderimiz Heydər Əliyevlə bağlı düşündüklərimi yazdım və qalib oldum. Yazdığım inşa Ulu öndərin anadan olmasının ildönümünə həsr olunan müsabiqədə I yerə layiq görüldü”.
“Gülüstan” sarayında keçirilən mərasim zamanı onun adı birincilər sırasında çəkilib: “Gülüstan” sarayında keçirilən tədbirdə həvəslə iştirak etdim. Adım birincilər sırasında çəkildi. Hədiyyə və diplom aldım. YAP-ın Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədov inşa müsabiqəsinin qaliblərini təbrik edəndən sonra bizim üçün sevindirici olan bir xəbəri də elan etdi. Məlum oldu ki, müsabiqənin qalibləri ali məktəblərə daxil olacaqları təqdirdə YAP tərəfindən təqaüd alacaqlar. Əli müəllim, həmçinin, müsabiqəni dövlətçilik, vətənpərvərlik, yaradıcılıq və intellekt məktəbi adlandıraraq bunun artıq ənənəyə çevrildiyini, bundan sonrakı illərdə də keçiriləcəyini bildirdi”.
Beləliklə, I yeri qazanmaqla yanaşı, bu xəbəri eşitmək orta məktəb şagirdi üçün ikiqat sevincə səbəb olub. Eyni zamanda, bu, onun növbəti qələbəsini stimullaşdırıb. Növbəti qələbə isə tələbə adını qazanması olub. Tələbə adını qazandıqdan sonra YAP-ın təsis etdiyi təqaüdün sahiblərindən biri olacağına çox sevinən N.Əzizova partiyanın gəncliyin inkişafı üçün töhfələr verdiyini deyir. O, hesab edir ki, gələcəkdə YAP üzvü olmaqla öz imkanlarını daha geniş şəkildə ifadə edə biləcək: “Bu il mənim üçün uğurlu oldu. Həm orta təhsil alarkən müxtəlif bilik yarışlarında qalib oldum, həm tələbə adını qazandım, həm də YAP-ın təqaüdünə layiq görüldüm. Bu uğurlarıma görə çox sevinirəm”.
Digər YAP təqaüdçüsü Fidan Bünyatzadə isə 1997-ci ilin 14 noyabrında Hacıqabulda anadan olub. 2014-cü ildə Hacıqabul rayon Humanitar Fənlər Təmayüllü Məktəb Liseyinin 11-ci sinfini əla qiymətlərlə bitirib. Fidan 2007-ci ildə uşaq musiqi məktəbinə daxil olub və 2013-cü ildə həmin musiqi məktəbinin fortepiano fakültəsini yüksək göstəricilərlə bitirib. Bundan başqa, orta məktəbdə oxuduğu müddətdə bütün şəhərlərarası və rayondaxili olimpiada və müsabiqələrdə həmişə yaxşı göstəricilər əldə edib. Orta məktəbi bitirdikdən sonra qəbul imtahanı verərək Bakı Dövlət Universitetinin kitabxanaçılıq və informasiya fakültəsinə yüksək balla daxil olub. Artıq bir neçə aydır ki, sahib olduğu tələbə bileti nəinki arzularını gerçəkləşdirmək, həm də Yeni Azərbaycan Partiyasının təsis etdiyi təqaüdü alması üçün bir vasitədir. Belə ki, Fidan “Heydər Əliyev məktəblilərin gözü ilə” mövzusunda respublika üzrə şagirdlər arasında keçirilən inşa-yazı müsabiqəsində 2013-cü ilin aprel ayında iştirak edib və müsabiqədə III yeri qazanaraq təmsil etdiyi rayonun adını ucaldıb: “Mənim bu müsabiqədə iştirakım təsadüfi deyildi. Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın çətin anlarında xilaskarlıq missiyasını yerinə yetirdiyini valideynlərimdən eşitmişəm, həm də bu barədə oxumuşam. Ona görə də, bu mövzuda inşa yazmağı özümə mənəvi borc bildim. Mən dahi şəxsiyyət haqqında düşündüklərimi, müstəqil fikirlərimi yazmışam. Yeni Azərbaycan Partiyasının, Heydər Əliyev ideyalarının daşıyıcısı olan bir siyasi təşkilatın təsis etdiyi təqaüdün sahibi olmaq şərəfli, qürurvericidir”.
F.Bünyatzadə deyir ki, YAP tərəfindən verilən təqaüd maddi dəstək olmaqla yanaşı, ona böyük ruh yüksəkliyi verir. Fidan həm də sevinir ki, valideynlərinin onun üçün çəkdiyi zəhməti hədər etməyib, ali məktəbə daxil olmaqla valideynlərinin etimadını doğruldub. YAP təqaüdçüsü inanır ki, hazırda 2-ci sinifdə oxuyan və dərs əlaçısı olan qardaşı Kənan da onun uğurlarını davam etdirib Vətənə layiq oğul kimi yetişəcək.
Göründüyü kimi, YAP-ın həyata keçirdiyi bu tədbirlər gənclərimiz tərəfindən rəğbətlə qarşılanır. Yuxarıda da qeyd edildiyi kimi, partiyamız bu layihə çərçivəsində ümumilikdə 33 tələbəyə təqaüd verir. “Heydər Əliyev məktəblilərin gözü ilə” ümumrespublika inşa müsabiqəsinin hər il keçirildiyini nəzərə alsaq, təqaüdçü gənclərin sayının artacağını söyləmək olar. Bütün bunlar onu göstərir ki, Yeni Azərbaycan Partiyası uğurlu gənclər siyasəti həyata keçirir. Bu siyasət Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verməkdədir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22

