Azərbaycanda ədəbiyyat və mədəniyyət xadimləri dövlətin diqqət mərkəzindədir
23.12.2014 [16:05]
Prezident İlham Əliyevin 18 dekabr tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadiminin fəxri adlara layiq görülməsi də həmin diqqət və qayğının növbəti təsdiqidir
Hazırda ölkəmizdə bütün sahələr kimi ədəbiyyata və mədəniyyətə də dövlət tərəfindən xüsusi qayğı göstərilir ki, bu siyasətin də əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər ədəbiyyat və mədəniyyət sahəsinə tükənməz dövlət qayğısı göstərilir. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına xidmət edən hər bir fəaliyyət daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Yeri gəlmişkən, bu məqama toxunan Prezident İlham Əliyev deyib ki, bütövlükdə mədəniyyət, incəsənət məsələlərinə həmişə olduğu kimi, böyük diqqət göstərilir və göstərilməlidir: “Bu, əvvəlki dövrlərdə də elə olub. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyev sənət adamlarına daim böyük diqqətlə yanaşırdı, onlarla daim ünsiyyətdə idi, onların fəaliyyəti ilə maraqlanırdı. Sovet dövründə onlara ən yüksək mükafatların verilməsində fəal iştirak edirdi. Müstəqillik dövründə yaradıcı insanların fəaliyyəti üçün çox böyük işlər görürdü. Bu gün də bu siyasət davam etdirilir”.
Elə bu günlərdə, yəni dekabrın 18-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadiminin müxtəlif fəxri adlara layiq görülməsi də həmin diqqət və qayğının növbəti bariz təzahürüdür. Qeyd edək ki, dövlət başçısının Sərəncamı əsasında təltif olunanlar arasında Gülyaz və Gülyanaq Məmmədovalar da var. Qəzetimizə müsahibəsində Gülyaz Məmmədova onun sənətinə verilən qiymətə görə dövlət başçısına minnətdarlıq edib: “Allah Prezidentimizə cansağlığı versin. Dövlət başçısı daim sənət adamlarına diqqət və qayğı göstərir, hamıya öz layiqli qiymətini verir. Özümün və ailəmin adından cənab Prezidentə minnətdarlığımı bildirirəm”.
G.Məmmədova onu da bildirib ki, cənab Prezidentin bu Sərəncamından sonra çoxsaylı təbriklər qəbul edir: “İnanın ki, telefonum susmur, hamı məni təbrik edir, sevinclərini bölüşürlər. Bununla da, mən xalqımın sevgisinin bir daha canlı şahidi oluram. Allah xalqımdan razı olsun. Mənə elə gəlir ki, heç vaxt heç kimin zəhməti itmir”.
Gülyaz Məmmədova deyib ki, Azərbaycanda sənət adamlarına diqqət və qayğı siyasətinin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulub: “Ümummilli liderimiz Heydər Əliyev daim mədəniyyət və incəsənət nümayəndələri ilə təmaslarda olur, onlara qayğı göstərirdi. Məhz bu qayğının nümunəsi olaraq mən də Ulu öndərimiz tərəfindən 1998-ci ildə Əməkdar artist fəxri adı ilə təltif olunmuşam. Bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onu da deyim ki, sənət adamlarına diqqət və qayğı ilə yanaşı, ölkəmizdə mədəniyyət və incəsənət sahəsinin inkişafı ilə bağlı çox mütərəqqi tədbirlər görülür”.
Azərbaycan musiqisinin dünya ölkələrində sevildiyini və dinlənildiyini deyən Xalq artistinin sözlərinə görə, musiqimizdə mövcud olan milli koloritlər, insanın ruhunu oxşayan məqamlar bütün dünyanı valeh edir: “Mən bir çox xarici ölkələrdə səfərlərdə olmuşam, çıxışlar etmişəm. Azərbaycan musiqisinin necə sevildiyinin də canlı şahidiyəm. Düşünürəm ki, mədəniyyətimiz, milli musiqimiz dünya ölkələrində gözəl təbliğ olunur. Sözsüz ki, burada dövlətimizin dəstəyi əsas rol oynayır. Ulu öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycan dövləti intibah və tərəqqi dövrünü yaşayır. Ölkənin inkişaf tarixinin son illərinə nəzər saldıqda gələcəyə istiqamətlənmiş inkişafı şərtləndirən siyasətin təzahürlərini və nəticələrini görürük. Biz də bu siyasətin mübariz əsgərləriyik”.
Xalq artisti fəxri adına layiq görülən digər sənətçi Gülyanaq Məmmədova da qəzetimizə müsahibəsində bildirib ki, əməyinə, zəhmətinə diqqət göstəriləndə, dəyər veriləndə insan özündə daha çox çalışmaq üçün stimul tapır: “Biz bu xəbəri eşidəndə Şəkidə idik. Bu da taleyin bir qismətidir ki, ilk dəfə səhnəyə çıxdığımız məkanda bu xəbəri eşitdik. Heç ağlıma da gəlməzdi ki, bir zamanlar mənim ustadım olan Nəriman müəllimin qarşısında elan edəcəklər ki, biz dövlətimizin bu ali mükafatına layiq görülmüşük. Və inanın ki, o anda nələr hiss etdiyimizi sözlə ifadə etməyimiz mümkün deyil. Zənglər gəlməyə başladı, gözlərimiz doldu. Təbrik edənlərin arasında sevincindən ağlayan da oldu. Həmişə dövlətimizin mədəniyyətimizə, incəsənətimizə böyük diqqət və qayğısı göz önündə olub. Allah cənab Prezidentimizə cansağlığı versin”.
Azərbaycan dövləti tərəfindən mədəniyyətimizə və incəsənətimizə böyük diqqət və qayğı göstərildiyini deyən Gülyanaq Məmmədova bildirib ki, bu diqqət və qayğı nəticəsində mədəniyyətimiz yeni bir mərhələyə qədəm qoyub: “Bildiyimiz kimi, Azərbaycan musiqisinin inkişafı məqsədi ilə muğam müsabiqələrinin keçirilməsi bu gün yetişməkdə olan gənc nəsildə milli musiqimizə olan marağı daha da artırıb və gələcək xanəndələr nəslinin yetişməsinə yol açıb. Düşünün ki, bu gün həmin bu müsabiqələrin həyata keçirilməsi nəticəsində istedadlı gənclər meydana çıxıb. Həmin gənclər isə Azərbaycan milli musiqisini ölkə daxilində, eləcə də, dünyada yüksək səviyyədə təbliğ edirlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən bu layihələr öz nəticəsini bir də onda göstərir ki, bunların əsasında milli dəyərlərimizə böyük bir diqqət və məhəbbət artaraq musiqiyə meyil göstərən gənclər xalq sənət nümunələrini əxz etməyə çalışırlar. Mən bunu öz tələbələrimdə də müşahidə edirəm. Bundan başqa, dünyanın ən möhtəşəm konsert salonlarında Azərbaycan musiqi gecələrinin təşkili, muğam konsertləri və bu kimi uğurlar milli musiqimizin təbliği və inkişafı deməkdir”.
Yeri gəlmişkən, Əməkdar artist fəxri adına Ulu öndər Heydər Əliyevin Sərəncamı ilə layiq görüldüyünü deyən Gülyanaq Məmmədova Xalq artisti fəxri adını isə Ümummilli liderin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən almasından qürur duyduğunu bildirib. O qeyd edib ki, mədəniyyətə yüksək qayğı göstərilən bir ölkədə yaşadığından məmnundur: “Mən zəngin bir mədəniyyətə malik olan millətin Xalq artisti olmağıma görə şərəf hissi duyuram. Mən dövlət başçımıza öz adımdan, eləcə də, həmkarlarım adından təşəkkür edirəm. Öz növbəsində mənimlə bərabər mükafatlandırılan həmkarlarımı da təbrik edirəm. Təbii ki, mənim üçün məsuliyyət birə beş artdı. Amma bu heç də o demək deyil ki, mən əvvəllər işimə məsuliyyətsiz yanaşmışam. Artıq bundan sonra çalışacağam ki, bu yüksək ada daim layiq olum”.
Oktay
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37

