Fundamental tədqiqat əsəri: İlham Əliyev və Azərbaycan tarix elmi
25.12.2014 [09:38]
Dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunda elmi şuranın “İlham Əliyev və Azərbaycan tarix elmi” adlı fundamental elmi əsərin təqdimatına həsr edilən genişləndirilmiş iclası keçirilib.
AzərTAc xəbər verir ki, iclasda institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov rəhbərlik etdiyi elm müəssisəsində cari ildə Azərbaycan tarixi üçün çox əhəmiyyətli işlər görüldüyünü bildirib. Vurğulanıb ki, Prezident İlham Əliyevin tövsiyə və göstərişləri nəzərə alınmaqla Tarix İnstitutunda ermənilərin əsassız iddialarına layiqli cavab vermək üçün fundamental araşdırmalar aparılıb.
Daha sonra Y.Mahmudov institutun bu il nəşr etdirdiyi kitablar, elmi əsərlər barədə məlumat verib. Bildirilib ki, ölkənin hər bir bölgəsində ermənilərin törətdiyi soyqırımlarından bəhs edən sənəd topluları, üçcildlik “Münşi İsgəndər bəy. Dünyanı bəzəyən Abbasın tarixi” kitabı işıq üzü görüb, Azərbaycan Respublikası Milli Atlasının tərtibində Tarix İnstitutunun xəritələrinə geniş yer ayrılıb. İnstitutunun 2014-cü ildə ən uğurlu layihəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə həsr edilən “İlham Əliyev və Azərbaycan tarix elmi” kitabının nəşri olduğu vurğulanıb. Diqqətə çatdırılıb ki, bu kitab dövlətimizin başçısının Azərbaycan tarix elminin saxtalaşdırmalardan, zərərli konsepsiyalardan təmizlənməsi, soyqırımları ilə bağlı elmi araşdırmaların aparılması istiqamətində Tarix İnstitutuna verdiyi böyük dəstək, tövsiyə, qayğı və diqqət nəzərə alınmaqla ərsəyə gəlib.
Y.Mahmudov vurğulayıb ki, institutun elmi şurasının qərarı ilə nəşr edilmiş “İlham Əliyev və Azərbaycan tarix elmi” monoqrafiyası Prezidentin tövsiyə, çağırış və tapşırıqlarına əsasən müstəqil Azərbaycan Respublikasında tarix elminin konseptual problemlərinə, bu problemlərin araşdırılması istiqamətində aparılan dövlət siyasətinə və strategiyasına həsr olunub.
Kitabın müəllifi institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Beş bölmədən ibarət olan monoqrafiyada dövlətimizin başçısının Azərbaycan tarix elminin inkişafına yönəlmiş məqsədyönlü siyasəti tədqiq edilir, tariximizin obyektiv araşdırılması işinə ölkə rəhbərinin xüsusi qayğı göstərməsi nəticəsində bu mühüm elm sahəsinin Azərbaycan Respublikasının İnkişaf Strategiyasının mühüm tərkib hissəsi olduğu diqqətə çatdırılır.
Kitabda, həmçinin, Azərbaycan tarixinin və mədəniyyətinin müdafiəçisi, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərinə də yer ayrılıb.
Tədqiqatda respublikada tarix üzrə araşdırmaların mərkəzi olan Tarix İnstitutunun fəaliyyətinə də diqqət yetirilir.
Daha sonra elmi şuranın üzvləri - Milli Məclisin deputatı Fəzail İbrahimli, institut direktorunun müavini Cəbi Bəhramov, professor Şahin Fərzəliyev və başqaları “İlham Əliyev və Azərbaycan tarix elmi” monoqrafiyası barədə fikirlərini bildirib, bu əsərin tarix elmimizə sanballı töhfə olduğunu söyləyiblər.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35

