Azərbaycan mədəniyyətinin inkişafı dövlətimizin diqqət mərkəzindədir
27.12.2014 [09:06]
Xalq artisti Ənvər Sadıqov: Dövlətimizin və Prezidentimizin mənə göstərdiyi yüksək etimadı hər zaman doğrultmağa çalışacağam
Hazırda ölkəmizdə bütün sahələr kimi, ədəbiyyata və mədəniyyətə də dövlət tərəfindən xüsusi qayğı göstərilir ki, bu siyasətin də əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, cənab İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər ədəbiyyat və mədəniyyət sahəsinə tükənməz dövlət qayğısı göstərilir. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin və ədəbiyyatının inkişafına xidmət edən hər bir fəaliyyət daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Yeri gəlmişkən, bu məqama toxunan Prezident İlham Əliyev deyib ki, bütövlükdə mədəniyyət, incəsənət məsələlərinə həmişə olduğu kimi, böyük diqqət göstərilir və göstərilməlidir: “Bu, əvvəlki dövrlərdə də elə olub. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyev sənət adamlarına daim böyük diqqətlə yanaşırdı, onlarla daim ünsiyyətdə idi, onların fəaliyyəti ilə maraqlanırdı. Sovet dövründə onlara ən yüksək mükafatların verilməsində fəal iştirak edirdi. Müstəqillik dövründə yaradıcı insanların fəaliyyəti üçün çox böyük işlər görürdü. Bu gün də bu siyasət davam etdirilir”.
Elə bir neçə gün öncə, yəni dekabrın 18-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə bir qrup mədəniyyət xadiminin müxtəlif fəxri adlara layiq görülməsi də həmin diqqət və qayğının növbəti bariz təzahürüdür. Qeyd edək ki, dövlət başçısının Sərəncamı əsasında təltif olunanlar arasında qarmon ustası Ənvər Sadıqov da var. Qəzetimizə müsahibəsində Ənvər Sadıqov bildirib ki, əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsi onu daha da ruhlandırıb: “Hesab edirəm ki, bu dəyərli ad məni ölkəmizin ictimai-mədəni həyatında daha fəal olmağa həvəsləndirəcək, yeni sənət uğurları qazanmağımda mühüm rol oynayacaq. Qəzetiniz vasitəsi ilə məni bu fəxri ada layiq görən cənab Prezidentimiz İlham Əliyev təşəkkürümü bildirmək istəyirəm. Söz verirəm ki, dövlətimizin, Prezidentimizin mənə göstərdiyi yüksək etimadı hər zaman doğrultmağa çalışacağam”.
Xalq artisti bildirib ki, bu gün mədəniyyət, incəsənət nümayəndələri daha geniş formada dövlətin qayğısı ilə əhatələnib, onların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılıb: “Məhz bu diqqət və qayğı nəticəsində mədəniyyət və incəsənət sahəsində ciddi irəliləyişlər əldə olunub. Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu mədəniyyət siyasətini uğurla davam etdirən Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı ilə milli musiqi sənətimizin tanıdılması və təbliği istiqamətində ardıcıl tədbirlər görülür. Yeni-yeni istedadlı sənətçilər yetişir, onlar dövlətin mədəniyyətin, incəsənətin inkişafına göstərdiyi diqqəti görürlər. Bu da onların ürəyində alovlanan sənət işığının daha gur yanmasına səbəb olur”.
Ənvər Sadıqov onu da qeyd edib ki, fəxri ad alması xəbərini eşidən tanışlarının, sənətçi dostlarının isti münasibətindən ürəyi dağa dönüb: “Xəbəri eşidəndə qarmon ustamın yanında idim. İnanın, o qədər zəng gəldi ki, insanlara nə deyəcəyimi, necə təşəkkür edəcəyimi bilmirdim. Hamı ən azı mənim elə özüm qədər sevinir, gözaydınlığı verirdi. Əslində, 2007-ci ilin sentyabrında Əməkdar artist adı verilərkən də bunu anlamışdım, amma indi dəqiq əmin oldum ki, sənətçini tamaşaçının, dinləyicinin xoş sözləri, bircə alqışı yaşadır, ona qol-qanad verir. Zənglərdən, təbriklərdən vaxt tapa bilmirdim ki, baş verənləri analiz edim. Yeni ada öyrəşməyim üçün, yəqin ki, bir qədər vaxt lazım olacaq”.
Ənvər Sadıqov onu da qeyd edib ki, Azərbaycanımızın musiqisi olduqca zəngindir: “İndi ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, dünya səviyyəli festivallar, müsabiqələr keçirilir. Azərbaycan musiqisinin dünyada təbliği və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsi Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. Biz çox sevinirik ki, Azərbaycan musiqi sənəti hər zaman dövlətimizin diqqətindədir. Bu gün Azərbaycan muğamı, milli musiqimiz durmadan inkişaf edir. Daha dəqiq desək, Prezident İlham Əliyevin, həmçinin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səyi və parlaq fəaliyyəti nəticəsində bu gün Azərbaycan mədəniyyəti, o cümlədən, musiqisi özünün intibah dövrünü yaşayır. Bu gün istər respublikamızda, istərsə də dünyanın müxtəlif ölkələrində keçirilən festivallar, müsabiqələr müstəqil Azərbaycan Respublikası haqqında xarici ölkələrdə müsbət imic yaradır və ölkəmizi daha da yaxından tanıdır.
Dünyada analoqu olmayan Beynəlxalq Muğam Mərkəzinin inşa edilərək muğamsevərlərin öhdəsinə verilməsi, dünyanın mədəniyyət mərkəzi olan Fransanın Paris şəhərində Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, bütün bunlar Mehriban xanım Əliyevanın mədəniyyətimizə diqqət və qayğısının, həmçinin, zəhmətinin nəticəsidir. Bütün bu yüksək və dolğun fəaliyyətinə, Azərbaycan mədəniyyətini daim ucalara qaldırdığına görə Heydər Əliyev Fondunun prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya - Azərbaycan mədəniyyətinin təəssübkeşinə bütün sənətçilər adından öz təşəkkürlərimi bildirirəm”.
Oktay
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41

