“Tariximiz dünənimiz, bu günümüz, gələcəyimizdir”
16.01.2015 [10:15]
“Kaspi” liseyində AMEA-nın müxbir üzvü, millət vəkili, tarix elmləri doktoru, professor Yaqub Mahmudovla görüş keçirilib
Dünən “Kaspi” liseyində “Milli yaddaş tariximiz” mövzusunda Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovla görüş keçirilib. SİA-nın məlumatına görə, liseyin təsisçisi Sona Vəliyeva Y.Mahmudovun həyat yolu və yaradıcılığı haqqında şagirdlərə geniş məlumat verərək bildirib ki, tarixçi-alim bütün ömrü boyu Azərbaycanın keçmişini, dövlətçilik tarixini və ənənələrini öyrənərək sanballı əsərlər yazıb. “O, böyük alim olmaqla yanaşı, Azərbaycanı sevən böyük vətəndaşdır” - deyən S.Vəliyeva bu görüşün şagirdlərdə milli düşüncənin və vətənpərvərlik hissinin formalaşmasında böyük əhəmiyyət kəsb edəcəyini vurğulayıb.
Alimi Azərbaycanın canlı ensiklopediyası adlandıran S.Vəliyeva bildirib ki, Y.Mahmudov hələ sovet dövründə Azərbaycan tarixini milli düşüncə zəminində araşdıran alimlərdən biri olub: “Onun Ağqoyunlu dövlətinin Avropa ölkələri ilə qarşılıqlı əlaqələrinə dair yazdığı namizədlik, daha sonra doktorluq dissertasiyaları tarixşünaslığımızı zənginləşdirməklə yanaşı, onun üfüqlərini də genişləndirdi. Alimin “Səyyahlar, kəşflər, Azərbaycan”, “Səyyahlar Azərbaycana gəlir”, “Odlar Yurduna səyahət”, “Azərbaycan diplomatiyası tarixi” kimi kitabları həm ölkəmizin siyasi tarixini öyrədən zəngin mənbə olmaqla yanaşı, özündə milli ruhu daşıyan ideoloji konsepsiyalardır. Onun hələ sovet dövründə ensiklopediyanın hazırlanması zamanı Azərbaycanın tarixi xəritələrinin tərtib edilməsi və dərci sahəsində fəaliyyəti yüksək qiymətləndirilməlidir. 2004-cü ildə Y.Mahmudov Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda direktor kimi fəaliyyətə başladıqdan sonra isə tarix elmimizin tədqiqatlarında və öyrənilməsində inqilabi dəyişikliklər baş verdi. Yeni konsepsiya əsasında aparılan tədqiqatlar, qadağan olunmuş mövzuların işlənilməsi tarixin ağ ləkələrini sildi və mili yaddaşımızı yenilədi. İki cilddə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının hazırlanması, İrəvan və Naxçıvan xanlıqlarının tarixinin yazılması, habelə orta məktəblərin tarix dərsliklərinin hazırlanması Y.Mahmudovun adı ilə bağlıdır.
Y.Mahmudov, həmçinin, uzun illər Bakı Dövlət Universitetinin Tarix fakültəsinə rəhbərlik etmiş, tarixçi kadrların hazırlanmasında öz əməyini əsirgəməmişdi. Həm alim, həm də pedaqoq kimi onun fəaliyyəti Azərbaycanın milli-mənəvi dəyərlərinin yaşadılmasına, təbliğ edilməsinə, dövlətçilik ideyalarımızın qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasına hesablanmışdı. Onun fəaliyyəti dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib, müxtəlif orden və medallarla, həmçinin Dövlət Mükafatı ilə təltif olunub”.
S.Vəliyeva bildirib ki, Yaqub Mahmudov, həmçinin, “Kaspi” liseyinin İctimai Şurasının üzvlərindən biridir. Bundan sonra hər ay milli-mənəvi dəyərlərimizin təbliği ilə bağlı liseydə şagirdlərlə elm və fikir adamlarının görüşlərinin keçirilməsi planlaşdırılır. Məqsəd “Kaspi” liseyinin öz devizinə sadiq qalmasıdır - “Mükəmməl milli təhsil amalımızdır”.
S.Vəliyeva əlavə edib ki, təhsil o zaman effektli və prinsipial olur ki, onun əsasında milli-ideoloji konsepsiya dayansın. Lisey məhz bu prinsipləri rəhbər tutaraq fəaliyyət göstərir.
“Mükəmməl təhsil olarsa, Azərbaycan həmişə qalib gələcək”, - deyərək sözə başlayan Y.Mahmudov “Kaspi” liseyinin Azərbaycan orta məktəbləri arasında nümunəvi olduğunu bildirib. Şagirdlər öz tarixlərini təkcə öyrənməklə kifayətlənməməli, həm də ona sahib çıxmalıdırlar. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir. Y.Mahmudov bildirib ki, bu gün müstəqil Azərbaycanın inkişafı üçün hər cür şərait var: “Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil dövlətçiliyimiz bu gün Prezident İlham Əliyev tərəfindən uğurla idarə edilir və cənab Prezidentin siyasətini xalq həmişə rəğbətlə qarşılayır, dəstəkləyir. Bu gün dünyada baş verən gərgin siyasi hadisələr, qarşıdurmalar fonunda, həmçinin qonşu regionlardakı gərginliklərə baxmayaraq, müstəqil Azərbaycan inkişaf edir. Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi qiymətləndirilir”.
“Müstəqilliyimiz ən böyük nailiyyətimizdir”, - deyən tarixçi alim şagirdləri milli dəyərlərimizə söykənməyə, tariximizə həmişə geniş diqqət ayırmağa çağırıb: “Ulu öndər Heydər Əliyev deyirdi ki, biz qlobal çağırışlara cavab verməliyik, ancaq milli-mənəvi dəyərlərimizi də unutmaq olmaz. Bu, tək biz tarixçilərin yox, həm də bütün Azərbaycan vətəndaşlarının üzərinə böyük məsuliyyət hissi qoyur. Öz milli kimliyimizi qorumaq və müasir çağırışlara cavab verməyin isə yalnız bir yolu var - bu yol mükəmməl təhsildən keçir. “Kaspi” liseyi millətin balalarını məhz bu ruhda yetişdirdiyi üçün çox sevinirəm”.
Y.Mahmudov daha sonra bildirib ki, bu gün dünya zəkayla, beyinlə fəth olunur. Amma təkcə bilikli olmaq azdır, vətənin adını ucaltmaq üçün eyni zamanda, böyük azərbaycanlı olmaq lazımdır. “Kaspi” liseyini “mayak” adlandıran tarixçi-alim “Azərbaycanı gələcək qələbələrə bilikli insanlar aparacaq” deyə fikrini yekunlaşdırdı.
Görüşün sonunda Yaqub Mahmudova “Kaspi” liseyi adından xatirə plaketi hədiyyə olunub.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

