“20 Yanvar xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirilib
17.01.2015 [11:05]
“Əsgər Ailələrinə Dəstək” İctimai Birliyi 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar “20 Yanvar xalqımızın tarixində qəhrəmanlıq səhifəsidir” mövzusunda tədbir keçirib. Tədbiri giriş sözü ilə açan birliyin sədri Mətanət Əsgərqızı 20 Yanvar hadisələrinin qəhrəmanlıq tariximizin böyük bir səhifəsi olduğunu vurğulayıb.
Onun sözlərinə görə, bu, uzun illər Sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir: “70 il Azərbaycan xalqını əsarətdə saxlayanlar 1990-cı ilin 20 yanvarında onun kim olduğunu, nəyə qadir olduğunu gördülər. Qarabağda torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanlar da həmin günün canlı şahidləri idilər. Məhz 20 Yanvar hadisəsi xalqımızda vətənpərvərlik hisslərini alovlandırdı. 20 Yanvar kimin kim olduğunu sübut edən tarixdir”.
Natiq onu da qeyd edib ki, hadisənin növbəti günü Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək baş verənlərə açıq etiraz edib, Sovet imperiyası tərəfindən törədilmiş bu cinayəti dünya ictimaiyyətinin diqqətinə çatdırıb: “Məhz Ümummilli liderin təşəbbüsü ilə 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Eyni zamanda, bu gün Prezident İlham Əliyev də müharibə veteranları, şəhid ailələri, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Xalqımız hər il olduğu kimi, 20 Yanvar hadisələrinin 25-ci ildönümü ərəfəsində igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir. Çox keçməyəcək Qarabağda da eyni mətinliklə Qələbə qazanacağıq”.
Tədbirdə həmçinin, “Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, “20 Yanvar Cəmiyyəti”nin üzvü Sabir İbrahimov, qurumun İdarə Heyətinin üzvü Namiq Əhmədov və başqaları bildiriblər ki, XX əsr tarixində törədilmiş ən qanlı terror aktlarından biri olan bu faciə Azərbaycana, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Eyni zamanda, 20 Yanvar hadisələrinin Azərbaycanın müstəqillik tarixinin qəhrəmanlıq səhifəsi olduğu diqqətə çatdırılıb.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
21 Aprel 23:53
Dünya
21 Aprel 23:35
Dünya
21 Aprel 23:11
İqtisadiyyat
21 Aprel 22:58
Dünya
21 Aprel 22:21
Dünya
21 Aprel 21:45
Sosial
21 Aprel 21:19
Dünya
21 Aprel 20:57
Dünya
21 Aprel 20:35
Siyasət
21 Aprel 20:31
Dünya
21 Aprel 20:25
Dünya
21 Aprel 19:41
Dünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28

