Qobustan məktəbliləri Ulu öndər Heydər Əliyevin zəngin irsini həvəslə öyrənirlər
28.01.2015 [10:02]
Rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdləri Ümummilli lider Heydər Əliyevin zəngin irsinin daha dərindən öyrənilməsi məqsədilə Qobustan şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan açıq dərslərdə fəal iştirak edirlər.
Bu tədris ilində ümumtəhsil məktəblərində oxuyan 366 nəfər XI sinif şagirdindən indiyədək 103 nəfəri müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə həsr olunan dərslərdə yüksək fəallıq nümayiş etdiriblər.
AzərTAc xəbər verir ki, yanvarın 27-də keçirilən növbəti açıq dərsdə rayonun Cəmcəmli və Təklə kənd ümumtəhsil məktəblərindən ümumilikdə 34 nəfər XI sinif şagirdi iştirak edib.
Təcrübəli tarix müəllimi Afət Balaqardaşovanın “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur” mövzusunda iki akademik saat ərzində tədris etdiyi dərs şagirdlərlə canlı ünsiyyət şəraitində keçib.
Dərs prosesində Ulu öndərin təşəbbüsü ilə 1999-cu ildən təhsil sahəsində islahatların başlanması, Azərbaycan və UNESCO arasında əməkdaşlığın qurulması, “Kitabi-Dədə Qorqud” dastanının 1300, Məhəmməd Füzulinin 500 illik yubileylərinin UNESCO səviyyəsində qeyd edilməsi barədə məlumatlar şagirdlər tərəfindən böyük maraqla dinlənilib.
Məktəblilər, həmçinin 2001-ci ilin avqustunda Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi, milli təhsil proqramı və dərsliklərin yaradılması, tarixi, mədəni irsimizin, o cümlədən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, Şirvanşahlar sarayı, Möminə xatın türbəsi, tarixi-dini abidələrin bərpasına dövlət qayğısı, təhsilə, mədəniyyət və incəsənətə, təhsil işçilərinə, yazıçılara, incəsənət xadimlərinə, idmançılara dövlət qayğısının gücləndirilməsi, idmanın maddi-texniki bazasının yaradılması, Olimpiya mərkəzlərinin təşkilinə başlanılması, idmançıların hazırlanması sahəsində tədbirlərin gücləndirilməsi və s. barədə ətraflı məlumatları maraqla qarşılayıblar.
Həmin gün Heydər Əliyev Mərkəzi ilə tanış olan şagirdlərə burada sərgilənən fotoşəkillər və sənədlər barədə də ətraflı məlumatlar verilib.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17

