Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Biz gənclər fəaliyyətimizdə Azərbaycanın adını yüksəklərdə tutmalıyıq

Biz gənclər fəaliyyətimizdə Azərbaycanın adını yüksəklərdə tutmalıyıq

19.02.2015 [12:36]

Azərbaycanda yürüdülən gənclər siyasəti hər zaman dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncamın imzalanması dövlətin gənclərə olan xüsusi diqqətinin növbəti inikasıdır. Son illər gənclərin ölkənin mədəni, ictimai-siyasi, iqtisadi həyatında fəallığının artması təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin müvəffəqiyyətlə icrasını göstərir. Bu gün gənclər Azərbaycanı istər yerli, istərsə də beynəlxalq tədbirlərdə layiqincə təmsil edirlər. Bu, gənclərə göstərilən böyük etimaddır.
Bundan öncə ölkə Prezidenti tərəfindən müvafiq Sərəncamla təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı gözlənilən nəticəni vermişdir, heç şübhəsiz ki, cari ildə imzalanan “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” da gənclər siyasəti istiqamətində qarşıda duran məqsədlərin həyata keçirilməsi üçün müsbət töhfələrini verəcəkdir. İnkişaf Strategiyasına nəzər yetirərkən bir daha şahid oluruq ki, gənclərin Azəbaycanı beynəlxalq aləmdə təmsil etməsi üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi labüd hesab edilmişdir. Eyni zamanda, yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsinin zəruriliyi vurğulanmışdır.
Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir. Dövlət tərəfindən gənclərin fəaliyyəti üçün yaradılan geniş şərait və imkanlar bu gün danılmaz bir faktdır. Biz gənclər bu etimadın məsuliyyətini dərk etməli, bundan sonrakı fəaliyyətimizdə Azərbaycanın adını yüksəklərdə tutmalıyıq. Bu, hər bir gəncin mənəvi borcudur.
Aytən Hüseynova
Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin əməkdaşı

Paylaş:
Baxılıb: 856 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30