Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda bölgə vətəndaşlarını qəbul edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Göyçayda bölgə vətəndaşlarını qəbul edib

25.02.2015 [00:59]

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün müvafiq tədbirlər görürlər.
AzərTAc xəbər verir ki, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı fevralın 24-də Göyçay rayonunda bölgə vətəndaşlarını qəbul edib. Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Göyçay, Ucar, Ağdaş, Mingəçevir və Yevlaxdan olan vətəndaşların müraciətləri dinlənilib. Müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və təminatı, dini icmaların yaradılması və dövlət qeydiyyatına alınması ilə bağlı olub. Komitə sədri hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qanunvericiliyin tələblərinə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.
Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Paylaş:
Baxılıb: 786 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Siyasət

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30