/ / “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin ötən il üzrə fəaliyyəti müzakirə edilib
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin ötən il üzrə fəaliyyəti müzakirə edilib
06.03.2015 [09:55]
Elçin Əhmədov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri seçilib
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin mərkəzi qərargahında 2014-cü ilin yekunlarına dair hesabat iclası keçirilib. İclası açan İctimai Birliyin İdarə Heyətinin sədri, icma rəhbəri Bayram Səfərov il ərzində görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahının açılışında iştirakı və söylədiyi fikirlər icmanın fəaliyyətinin əlaqələndirilməsi və bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Dövlət başçısı tərəfindən Dağlıq Qarabağın azərbaycanlı icmasına göstərilən qayğı və diqqət icmanın qarşısında duran vəzifələrin həyata keçirilməsi işinə stimul verib və bu istiqamətdə İctimai Birlik öz fəaliyyətini genişləndirərək, Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə, eləcə də, təcavüzkarın ifşası istiqamətində Azərbaycanda fəaliyyət göstərən müxtəlif ölkələrin səfirlikləri və beynəlxalq qurumların nümayəndələri ilə müntəzəm olaraq görüşlər keçirir.
İcma rəhbəri bildirib ki, 2014-cü il ərzində nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması tərəfindən ayrı-ayrı vaxtlarda beynəlxalq təşkilatlara, xarici ölkələrin parlamentlərinə, dövlət və hökumət başçılarına, eləcə də, dünya ictimaiyyətinə ünvanlanmış müraciətlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun həll edilməsi üçün ardıcıl səylərin göstərilməsi qeyd edilib, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindən məcburən köçkün düşmüş azərbaycanlı əhalinin bu çağırışına onların biganə qalmayacağı, münaqişənin ədalətli həlli üçün daha qətiyyətli və prinsipial mövqe tutacaqları öz əksini tapıb. Bu baxımdan, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi 20 Yanvar hadisələri, ermənilərin Xocalıda və Qaradağlıda törətdikləri soyqırımları, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Şuşanın və digər Azərbaycan ərazilərinin işğalı ilə əlaqədar xarici ölkələrin parlamentlərinə, beynəlxalq təşkilatlara, dünya ictimaiyyətinə etdiyi müraciətlərdə Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları və hərbi təcavüzü haqqında daha dolğun təsəvvür yaratmaq və onları bu məsələyə biganə qalmamağa çağırış öz əksini tapıb.
Hesabat iclasında Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri təyin edilib. Məlumat üçün bildirək ki, O, 1994-cü ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib, həmin ilə BDU-da aspiranturaya qəbul olub, 2001-ci ildə isə “Böyük dövlətlərin Qarabağ münaqişəsinə dair siyasəti” adlı dissertasiya müdafiə edərək siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb. 1999-cu ildən indiyə kimi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Beynəlxalq münasibətlər və xarici siyasət” kafedrasının dosenti işləyən Elçin Əhmədov, eyni zamanda, 2010-cu ildən “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyin “Qarabağ Araşdırmalar Mərkəzinin” rəhbəri vəzifəsində çalışır.
“Ermənistanın Azərbaycana təcavüzü və beynəlxalq təşkilatlar” “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)”, “Azərbaycanın xarici siyasəti: beynəlxalq təhlükəsizlik və əməkdaşlıq institutları ilə münasibətlər” və s. əsərlərlə yanaşı, Qarabağın tarixini, siyasi və strateji əhəmiyyətini əks etdirən, eləcə də, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü, münaqişənin tarixi kökləri və beynəlxalq-hüquqi aspektlərinə dair elmi-analitik məqalələri Azərbaycanda və xaricdə müxtəlif dillərdə çap edilib. Ümumilikdə, bu istiqamətdə 8 kitab və 300-dən çox elmi-analitik məqalənin müəllifi olan Elçin Əhmədov 2008-ci ildə Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl Qələm” mükafatına layiq görülüb, 2012-ci ildə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin təşəbbüsü ilə “Yaddan çıxmaz Qarabağ” mövzusunda keçirilən ümumrespublika elmi məqalə müsabiqəsinin qalibi olub, 2013-cü ilin may ayında Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfransda “Dövlətin gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi dəstəyə” görə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin “Fəxri Fərmanı” ilə təltif edilib, həmin ilin noyabrında isə, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa Qrantı” birgə müsabiqəsinin qalibi olub.
Elçin Əhmədov çıxışında 2015-ci ildə İctimai Birliyin fəaliyyət istiqamətlərindən danışaraq icmanın həm respublikamızda, həm də xarici ölkələrdə həyata keçirəcəyi tədbirlər, eləcə də, qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
O, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə qısamüddətli kursların keçirilməsinin məqsədlərindən danışaraq qeyd edib ki, məqsədimiz son iki əsrdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, onun ağır nəticələrinin aradan qaldırılmasına və bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bununla yanaşı, bu kursların keçirilməsinin ideyası gənclərin maarifləndirilməsi və vətənpərvərlik ruhunun artmasına kömək olmaqla yanaşı, eləcə də, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin daha çox məlumatlandırılması istiqamətində Azərbaycan dövlətinin apardığı mühüm işlərə töhfə verməkdir. O, Qarabağ Araşdırmalar Mərkəzində 2015-ci ildə də ali məktəb tələbələri üçün Qarabağ həqiqətləri haqqında qısamüddətli kursların davam etdiriləcəyi və respublikanın bütün İctimai Birlik və strukturlarının gənclərinin də bu işə cəlb ediləcəyini bildirib.
Elçin Əhmədov qeyd edib ki, 2014-cü ildə “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəsmi saytı olan www.karabakh.az yenidən qurulub və təkmilləşdirilib. Qarabağ Araşdırmalar Mərkəzinin www.qam.az və özündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin müxtəlif aspektlərini əks etdirən filmlərdən ibarət www.therealstoriesofkarabakh.com saytları yaradılaraq istifadəyə verilib.
Bildirilib ki, Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verib və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə söyləməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə münaqişənin ədalətli şəkildə həll olunacağına olan ümidləri daha artırıb. Biz də hər zaman olduğu kimi, Azərbaycan dövlətinin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını daha da genişləndirməli və dövlət başçısının Azərbaycan alimləri, ziyalıları və diplomatları qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı - hücum diplomatiyasını yaddan çıxarmamalı, Ermənistanın təcavüzkar siyasətinin bütün dünyada ifşa edilməsinə nail olmalıyıq.
Hesabat məruzələrindən sonra İctimai Birliyin idarə heyətinin üzvləri - Xocalı və Xocavənd rayonlarının icra hakimiyyətlərinin başçıları Şahmar Usubov və Eyvaz Hüseynov, Milli Məclisin deputatları Elman Məmmədov, Rövşən Rzayev və başqaları çıxışlarında ötən dövr ərzində qurumun fəaliyyətini müsbət qiymətləndirdilər. Toplantıda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya birliyinə çatdırılması istiqamətində görülən işlərin əhəmiyyəti vurğulanıb. Çıxışlarda, həmçinin, icmadaxili və beynəlxalq ictimaiyyət arasında daha səmərəli, genişmiqyaslı fəaliyyətin qurulması məqsədilə yeni fəaliyyət istiqamətlərinin vacibliyi diqqətə çatdırılıb. Sonda İctimai Birliyinin 2015-ci il üçün perspektiv fəaliyyət planı müzakirə və təsdiq olunub.
Xəbər lenti
Hamısına baxXəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41

