Məryəm Ələkbərlinin “həzin səsi”
07.03.2015 [11:11]
Latviyada çıxan məşhurlar haqqında populyar “Patiesa Dzive” həftəlik jurnalında Sandra Landorfanın Azərbaycandan olan gənc istedad Məryəm Ələkbərliyə həsr edilmiş “Həzin səs” sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə deyilir ki, 2014-cü ilin payızında Riqanın sənət aləmini Azərbaycandan olan xüsusi qonaq - 23 yaşlı Məryəm Ələkbərli rövnəqləndirib. O, meyvələrdə, mənzərə əsərləri və portretlərdə, naturadan çəkdiyi şəkillərdə işığı təsvir edir və təhtəlşüurundan boylanan zülmətin zərrəciklərini paylaşır. “Riqa birjası” Rəssamlıq Muzeyində sərgiyə dəvət edən afişaları gənc rəssamın “Məryəm və göyərçin” əsərindən fraqment bəzəyib.
S.Landorfa yazır ki, sərginin açılışına Azərbaycandan bütöv bir nümayəndə heyəti - Məryəmin mələkləri - ata-anası, habelə fotoqraf, operator, jurnalistlər gəlib. O unudulmaz gecədə Azərbaycanın Əməkdar artisti Murad Hüseynovun təxminən bir saatlıq konserti olub. Sərgidə latviyalı sənətşünas, ölkənin sabiq mədəniyyət naziri Helena Demakova, Berlin Rəssamlıq Akademiyasının professoru, almaniyalı sənətşünas İnqe Şmidte və başqaları çıxış ediblər.
Məqalə müəllifi yazır: “Məryəmin əsərlərinin reproduksiyalarına tamaşa edəndə avtoportretdəki gözlərin mavi rəngində, sıxsan sanki içindən litrlərlə cənub işığı süzüləcək parlaq şirəli meyvələrdə əks olunan səsini duyurdum. Eyni qaydada əllərində musiqi alətləri tutan, cəsarətlə və şəhvət doğurmadan çılpaq dayanan təmiz və azad qızlarda da. Sadəlövh sədaqətdən tutmuş qara zolaqların, göz qapaqlarının, həya və incikliyin doğurduğu gecə kimi zil qara gözlərin arxasında gizlənmək istəyinə qədər həyəcanlar qamması”.
Bəli, Məryəmin əsərlərində tanınmış sənətşünasların şərh etdiyi kimi qara rəng mövcuddur: “Məryəmin açıb göstərdiyi mənəvi ehtiyaclar həm bizim artıq bildiklərimiz, həm də gizlin saxladığımız ehtiyaclardır ki, onları açmaq lazımdır və bəlkə də onlar qara rəngin isti/soyuq, təmiz/tutqun, açıq/tünd çalarları altında gizlənib və yalnız arabir gözə dəyir”. Yəni qara rəng, sadəcə, dekorativ element, kontur deyil, haradasa Məryəmin əsərlərinin çox dərinliklərində yaşayan bir varlıqdır.
S.Landorfa yazır ki, Məryəm Ələkbərli rəssamların ən pakı, ən təmizidir. Onun əsərləri intellektual senzura şəbəkəsindən azad olan ürəyin ən incə görüntüləridir.
Müəllif Azərbaycanın Xalq rəssamı Elçinin Məryəmin əsərləri haqqında yazdığı sözləri sitat gətirir: “Elə təəssürat yaranır ki, onun sadə rəsmləri, boyaları bizi sanki ehkamlar aləmindən maqnit kimi qoparır. Səadət və fəlakəti, arzularımızı və asılılığımızı bizə göstərən bu çəkisiz, az qala qəmli akvarel boyalarına qərq olursan”.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

