Qarabağ müharibəsi ilə bağlı kitab ən yaxın tariximizə işıq salacaq
11.03.2015 [09:23]
Qaya Əliyev: Bu sənədli oçerk Qarabağ müharibəsi şəhidlərinin ruhuna hörmət və onların əziz xatirəsinin yad edilməsi, cəmiyyətimizdə “heç kim unudulmur, heç nə yaddan çıxmır” prinsipinin təşəkkülü məramına xidmət edir
Bu günlərdə gənc hüquqşünas Qaya Əliyevin “Bir bölüyün manifesti” adlı kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatda kütləvi tirajla işıq üzü görüb. Kitab Yasamal taboru şəhidlərinin timsalında Azərbaycanın dövlətçiliyinin, ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinə ithaf edilib. Bu barədə müəllifin özü ilə söhbət etdik.
Bizimlə söhbətində müəllif bildirdi ki, hər bir qələmə alınan əsərin ərsəyə gəlməsində və biblioqrafik həyata vəsiqə qazanmasında mövcud tarixi şəraitin, obyektiv gerçəkliklərin və konyunkturanın təsiri danılmazdır: “Bilirik ki, torpaqlarımızın 20 faizi erməni silahlı qüvvələrinin işğalı altındadır, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün həyatı yaşamaqdadır. Elə buna görə də mövcud şərait hərbi-vətənpərvərlik fabulasını aktuallaşdırmaqdadır. Eyni zamanda, bu sənədli oçerk Qarabağ müharibəsi şəhidlərinin ruhuna hörmət və onların əziz xatirəsinin yad edilməsi, cəmiyyətimizdə “heç kim unudulmur, heç nə yaddan çıxmır” prinsipinin təşəkkülü məramına xidmət edir. Fikrimizcə, bu istiqamətdə ən effektiv mənəvi-ideoloji resurs yaxın tariximizdəki “isti izləri” hələ “soyumamış”, Qarabağ müharibəsində böyük şücaət, şəxsi igidlik və fədakarlıq göstərmiş qəhrəmanlarımızın keçdiyi şanlı döyüş və şərəfli ömür yolu ola bilər”.
Q.Əliyev qeyd edib ki, qələmə aldığı əsərin orijinallığı onun üslubunda, yazılma texnikasında və məzmunundadır: “Bu əsər həm üslub, həm də məzmun etibarilə sintetik xarakter daşıyır. Məsələn, geniş oxucu kütləsi üçün o bədii-publisistika nümunəsidir. Tarixşünas üçün o - ən yeni tariximizin Qarabağ müharibəsi səhifələrinin, həm də milli hərb tariximizin ən yeni dövrünün öyrənilməsi istiqamətində mühüm bir məxəzdir. Habelə, qeyd edim ki, əsərdə ayrı-ayrı Qarabağ döyüşçülərinin həyat və fəaliyyəti dünya ədəbiyyatının və Azərbaycan ədəbiyyatının klassiklərinin yaradıcılıq nümunələri fonunda oxucuya təqdim olunub. Bu baxımdan, əsər həm də ədəbiyyatşünasların, filoloqların mütaliə rasionuna daxil ola bilər. Çalışmışıq ki, əsər həm üslub, həm də məzmun və informasiya dolğunluğu etibarilə rəngarəng və oxucu üçün cəlbedici olsun”.
Yasamal taborunun II bölüyü haqqında yazılan kitabın tarixşünaslığımız baxımından önəmi haqqında danışan yazarın fikrincə, əsər I Qarabağ müharibəsində Yasamal taborunun II bölüyünün tərkibində respublikamızın ərazi bütövlüyünün müdafiəsi uğrunda gedən döyüşlərdə şücaətlə vuruşmuş vətən övladlarının adlarının əbədiləşdirilməsi və tarixin yaddaşına həkk edilməsi məqsədi daşıyır: “Doğrudur, haqqında bəhs etdiyimiz bu fədakar vətən övladları daim qədirbilən xalqımızın rəğbətini qazanır və onların vətən qarşısındakı xidmətləri qüdrətli dövlətimiz tərəfindən qiymətləndirilir, təltif edilir. Sevindirici haldır ki, bu gün respublikamızın hər guşəsində küçələr, prospektlər, məktəblər və s. onların mübarək adlarını daşıyır, onların şərəfinə müxtəlif abidələr, heykəllər, büstlər ucaldılır, barelyeflər, guşələr düzəldilir. Lakin tarixi təcrübə onu deməyə əsas verir ki, bu qəbildən olan maddi abidələrin heç birinin fiziki ömrü kitab qədər, əsər qədər uzunmüddətli olmur. Məhz elə buna görə də, amerikalı hüquqşünas və konqresmen Rufus Choate deyirdi ki, kitab yeganə ölümsüzlükdür”.
Oktay
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20

