Buzovna qəsəbəsində “Yaddaş estafeti” aksiyası çərçivəsində tədbir keçirilib
20.03.2015 [11:17]
Dünən Xəzər rayonunun Buzovna qəsəbəsində 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlamentlərarası Assambleyasının nümayəndələrinin iştirakı ilə faşizim üzərində qələbənin 70-ci ildönümünə həsr olunmuş “Yaddaş estafeti” aksiyası çərçivəsində tədbir keçirilib. Tədbirdə Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvü Lyudmila Kozlova, Azərbaycan Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Təşkilatının sədri, general-mayor Dadaş Rzayev, Milli Məclisin deputatı Rauf Əliyev, Xəzər rayon İcra Hakimiyyəti başçısının müavini Arif Balayev, rayon və qəsəbə ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər.
Tədbirdə çıxış edən millət vəkili Rauf Əliyev qonaqları salamlayıb, Azərbaycan Respublikasında Böyük Vətən müharibəsinin iştirakçılarına göstərilən dövlət qayğısından və keçirilən aksiyanın dövlətlərarası, xalqlararası münasibətlərin daha da inkişafı üçün əhəmiyyətindən danışıb.
Tədbirin sonunda abidənin qarşısındakı əbədi məşəldən Böyük Vətən müharibəsi veteranı tərəfindən götürülmüş od xüsusi kapsulda gənc nəslin nümayəndəsi tərəfindən nümayəndə heyətinə təhvil verilib.
Qələbə memoriallarından götürülmüş və Sankt-Peterburqdan gətirilmiş əbədi məşəl hissələri “Yaddaş estafeti” aksiyasının finalına qədər “Leninqradın Qəhrəman Müdafiəçiləri” monimentinin Xatirə Zalında saxlanılacaq.
2015-ci il aprelin 16-da Sankt-Peterburqdakı Tavriya sarayı qarşısında təntənəli mərasim keçiriləcək. Burada MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyasının nümayəndələri əbədi məşəl hissələrini Birliyin əbədi məşəli şəklində birləşdirəcək və onu Sankt-Peterburq Dövlət Tarix Muzeyinə təqdim edəcəklər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15

