Dünyaca məşhur məktəblər şəbəkəsi “Xəyal adası”nda
10.04.2015 [09:58]
Abdolbari Goozal: “SABİS Sun” Beynəlxalq məktəblər şəbəkəsi Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verəcək
Məlum olduğu kimi, Azərbaycanda dövlət tərəfindən özəl sektorun fəaliyyətinə yaradılmış münbit şəraitdən istifadə edən “Azərsun Holdinq” hər ötən gün ərzində öz fəaliyyət dairəsini bir az da genişləndirməklə yanaşı, ölkəmiz üçün yararlı olan yeni-yeni sahələrə kapital qoyur. Bunlardan biri də təhsil sahəsidir. Məlumat üçün bildirək ki, ötən ilin sentyabrında “Azərsun Holdinq” şirkətlər qrupu dünyanın ən məşhur məktəblər şəbəkələrindən biri olan, 18 ölkədə 60 məktəb ilə xidmət göstərən “SABİS” ilə müqavilə imzalayıb. Razılaşmaya əsasən, Azərbaycanda ilk dəfə olaraq məhz “Azərsun”a məxsus “Xəyal adası” yaşayış sahəsində “SABİS” məktəb kompleksinin yaradılmasına başlanılıb və bu ilin sentyabrında sözügedən təhsil ocağı ölkəmizdə ilk şagirdlərini qəbul edəcək.
Yeri gəlmişkən, hazırlıq işlərinin gedişatı ilə bağlı “SABİS Sun” Beynəlxalq məktəblər şəbəkəsinin Müşahidə Şurasının sədri xanım Leyla Saad və prezidenti Karl Bistani Azərbaycana səfər ediblər. Bu münasibətlə “Xəyal adası”nda KİV nümayəndələri ilə görüş keçirilib. Ölkəmizdə “SABİS Sun” Beynəlxalq məktəblər şəbəkəsinin fəaliyyətə başlaması üçün dəstək olan “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdolbari Goozal görüşü giriş sözü ilə açaraq “Xəyal adası” layihəsi barədə jurnalistlərə geniş məlumat verib, “SABİS Sun” Beynəlxalq məktəblər şəbəkəsinin ümumilikdə Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verəcəyini söyləyib: “SABIS” Azərbaycana adaptasiya olduqdan sonra Təhsil Nazirliyinə müraciət edəcəyik. Gəncədə, Lənkəranda, Şəkidə və s. regionlarda “SABIS”in idarə etdiyi məktəblərin olması millətimizin xeyrinə olar”.
Öz növbəsində, “SABİS Sun” Beynəlxalq məktəblər şəbəkəsinin prezidenti Karl Bistani jurnalistlər üçün təqdimat keçirərək adıçəkilən təhsil müəssisəsi barədə geniş məlumat verib və onların suallarını cavablandırıb. Bildirilib ki, təhsil müəssisəsi bağça və orta məktəbdən ibarətdir. Bağçaya körpələr iki səviyyə üzrə götürüləcəklər. Beynəlxalq standartlara tam cavab verəcək bu məktəb kompleksində təhsil ingilis dilində aparılacaq. Bundan əlavə, şagirdlərə Təhsil Nazirliyinin tələblərinə uyğun olaraq Azərbaycan dili və yerli əhəmiyyətli digər fənlər də tədris ediləcək. Həmçinin, şagirdlərə Azərbaycan və ingilis dilindən əlavə fransız və ya rus dilini öyrənmək imkanı da yaradılacaq.
Artıq şagird qəbuluna başlanıldığını deyən Karl Bistani onu da bildirib ki, “SABİS Sun” Beynəlxalq məktəb kompleksi müstəqil təhsil müəssisəsidir. Buranın daha bir özəlliyi isə öz düşərgəsinin olmasıdır. Təhsil ocağında müxtəlif fənlərin tədrisindən əlavə, idman məşğələlərinə də böyük diqqət ayrılacaq. Belə ki, burada təhsil alanlar üçün xüsusi idman kompleksinin inşası da nəzərdə tutulub “SABİS” beynəlxalq məktəblərində şagirdlərin intellektual səviyyələrinin yüksəldilməsi üçün həftəsonu tədbirləri, yay məktəbləri və digər tədbirlər həyata keçiriləcək.
Bundan sonra isə jurnalistləri ərazi ilə daha yaxından tanış etmək üçün tur təşkil edilib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59

