Gəncədə “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda beynəlxalq forum işə başlayıb
11.04.2015 [11:29]
Gəncədə “Gəncə-2016: Gələcəyə baxış” mövzusunda beynəlxalq forum işə başlayıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən forumda 150-dən artıq nümayəndə, o cümlədən, Avropa Gənclər Forumunun üzvləri, “Gəncə 2016-Avropa Gənclər Paytaxtı” Təşkilat Komitəsinin, Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Sloveniya, Yunanıstan və Rumıniya Gənclər Təşkilatları Milli şuralarının rəhbərləri, eləcə də ARGTMŞ-in əməkdaşları iştirak edirlər.
Forumu Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev açaraq, Gəncənin 2016-cı il Avropa Gənclər Paytaxtı seçilməsini Azərbaycan gənclərinin həyatında əlamətdar hadisə adlandırıb və bu uğuru dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan gəncliyinə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib. Bildirib ki, ölkəmizdə gənclər siyasəti sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər bu gün də uğurla davam etdirilir.
Sonra ARGTMŞ-in sədri Şahin Seyidzadə, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov çıxış edərək diqqətə çatdırıblar ki, beynəlxalq forumun keçirilməsinin əsas məqsədi Avropa Gənclər Paytaxtı sahəsində xarici təcrübənin öyrənilməsi, Gəncə şəhərində Avropa Gənclər Paytaxtı ilə bağlı görülən və görülməsi planlaşdırılan işlərin təqdimatı, yerli gənclər təşkilatlarının xarici və beynəlxalq gənclər platformaları ilə əməkdaşlığının qurulması və inkişaf etdirilməsinə dəstək verilməsidir.
“Gəncə: Avropa Gənclər Paytaxtı - 2016” layihəsinin təqdimatından sonra forum işini bölmələrdə davam etdirib.
Forumda iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb, müxtəlif mövzularda sessiyalar keçirilib, görülmüş və görüləcək işlər müzakirə edilib. Həmçinin, Avropa Gənclər paytaxtları olmuş ölkələrin nümayəndələrinin tövsiyə və təklifləri dinlənilib.
Aprelin 11-dək davam edəcək forum çərçivəsində iştirakçılar Gəncə şəhərinin görməli yerlərinə ekskursiyalar edəcək, tarixi abidələrlə tanış olacaqlar.
Xəbər lenti
Hamısına baxMaraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00

