ARGTMŞ-nin üzv təşkilatları Binəqədi rayon İcra Hakimiyyətində olublar
16.04.2015 [10:21]
Xaləddin İsgəndərov: Prezident İlham Əliyevin yaratdığı geniş imkanlar sayəsində ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyi cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən təşkil olunan məlumat turu çərçivəsində aprelin 14-də ARGTMŞ-nin üzvü olan gənclər təşkilatları novatorluğu, gənclərlə bağlı işlərdə aktiv fəaliyyəti ilə seçilən Binəqədi rayon İcra Hakimiyyətinin fəaliyyəti ilə tanış olublar. Məlumat turunda ARGTMŞ-nin sədri Şahin Seyidzadə, qurumun üzvü olan gənclər təşkilatlarının rəhbərləri və fəalları iştirak ediblər.
Qonaqlar əvvəlcə Ulu öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyublar. Məlumat turu zamanı iştirakçılar YAP Binəqədi rayon təşkilatının inzibati binası, rayonun Heydər Əliyev adına istirahət parkı, “Çoxmənzilli yaşayış binalarında yeni idarəetmə” formaları haqqında rayon sakinlərini maarifləndirmək məqsədilə yaradılmış səyyar ofis, İcra Hakimiyyəti tərəfindən əhalinin müraciətlərinin operativ həlli üçün yaradılmış “Sakinlərin Müraciət Xidməti” və digər yeniliklərlə tanış olublar. Binəqədi RİH-in bir sıra təşkilatlarla, o cümlədən, QHT və gənclərlə birgə işgüzar layihələr və tədbirləri haqqında iştirakçılara məlumatlar verilib.
Məlumat turu çərçivəsində Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ARGTMŞ-nin üzvü olan gənclər təşkilatlarının rəhbər və fəalları ilə görüşüb, görüşdə gəncləri maraqlandıran məqamlar ətrafında söhbət aparılıb və onların sualları cavablandırılıb. İcra başçısı bildirib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti günümüzdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz, dövlətimizin başçısının yaratdığı geniş imkanlar sayəsində ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilən Azərbaycan gəncliyinin cəmiyyətin hərəkətverici qüvvəsinə çevrildiyi qeyd olunub. Gənc nəslin fiziki və mənəvi sağlamlığını daim diqqətdə saxlayan Prezident İlham Əliyevin idmanın inkişafına verdiyi hərtərəfli dəstəyə toxunan X.İsgəndərov “Bakı-2015” birinci Avropa Oyunlarının doğma Vətənimizdə keçirilməsinin dövlət başçısının bu sahədə yürütdüyü praqmatik, ardıcıl və məqsədyönlü siyasətinin parlaq təzahürü kimi Azərbaycan tarixinə yazılan şərəfli səhifə olduğunu vurğulayıb.
Görüşdə çıxış edən ARGTMŞ-nin sədri Şahin Seyidzadə gənclər təşkilatları və dövlət qurumları arasında əməkdaşlığın vacibliyini qeyd edib, bu istiqamətdə Binəqədi rayon İcra Hakimiyyətinin nümunəvi dövlət qurumlarından biri olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanın ictimai siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatını, minlərlə gənci birləşdirən ARGTMŞ daima Azərbaycan dövlətinin prioritetlərini dəstəkləyib və bu istiqamətdə əməkdaşlığa hər zaman hazırdır. Daha sonra Binəqədi rayon İcra Hakimiyyətinə, Binəqədi rayonunun gəncləri və gənclər təşkilatlarının inkişafında verdiyi töhfələrə görə Fəxri fərman təqdim olunub.
Görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb. Görüşdən sonra qonaqlar çay süfrəsi ətrafında səmimi söhbətlər və fikir mübadiləsi aparıblar.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56

