Tanınmış ictimai xadim Kamran Hüseynov haqqında “Ömrün 100 anı” kitabının təqdimatı keçirilib
21.04.2015 [10:06]
Sumqayıtda yerləşən Qubadlı rayon İcra Hakimiyyətində respublikanın tanınmış dövlət və ictimai xadimi, tarix elmləri doktoru Kamran Hüseynovun xatirəsinə həsr edilən, yazıçı-publisist Etibar Babayevin müəllifi olduğu “Ömrün 100 anı” kitabının təqdimatı keçirilib. Əvvəlcə tədbir iştirakçıları K.Hüseynova həsr olunmuş kitab və fotoşəkillərdən ibarət sərgiyə baxıblar. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və Kamran Hüseynovun ailə üzvləri iştirak ediblər. Tədbirdə K.Hüseynovun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Çıxış edən Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Kamran Hüseynovun həyat yolundan və ictimai fəaliyyətindən söz açıb. M.İsaqov tanınmış ictimai xadimin Sumqayıt şəhər Partiya Komitəsinin sənaye və kadr işləri üzrə katibi, indiki Binəqədi rayonunda Partiya Komitəsinin birinci katibi, Neftçala rayon Partiya Komitəsinin birinci katibi, Sumqayıt şəhər Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışdığını, 1949-1952-ci illərdə Mingəçevirdə aparılan inşaat işlərinin rəhbərlərindən olduğunu diqqətə çatdırıb. Daha sonra “Ömrün 100 anı” haqqında danışan RİH başçısı bildirib ki, bu kitab bacarıqlı təşkilatçı, öz zəngin bilik və bacarığı sayəsində Azərbaycan Respublikası Ali Sovetinin, eləcə də, RSFSR Ali Sovetinin deputatı pilləsinədək yüksələn həmyerlimizin unudulmaz xatirəsinə bir ərmağan, gəncliyimiz üçün həyat dərsliyidir. Tədbirdə çıxış edən Əməkdar müəllim Ədalət Əsədov, rayon mədəniyyət və turizm şöbəsinin işçisi Eldar Xanlaroğlu, ağsaqqallardan Şahmar Hüseynov, vaxtilə Qubadlı rayonunda birinci katib işləmiş Zöhrab Məmmədov, Hüseyn Əsədov və digərləri K.Hüseynovu təkcə tanınmış ictimai xadim deyil, həm də böyük insan kimi xarakterizə ediblər. Qeyd olunub ki, Kamran Hüseynovun xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara layiq görülüb, eyni zamanda, müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “Şöhrət” ordeni ilə təltif edilib.
Sonda Kamran Hüseynovun ailəsi adından çıxış edən Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə ailə üzvləri adından dövlət başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirib, tədbirin təşkilatçılarına və iştirakçılara təşəkkür edib.
Xəbər lenti
Hamısına baxDünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17

