Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilib
28.04.2015 [10:06]
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ölkənin hər yerində olduğu kimi, Bakı şəhərində də mütəmadi olaraq silsilə tədbirlər keçirilir, Ulu öndərin əziz xatirəsi anılır, Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri diqqətə çatdırılır. Ulu öndər Heydər Əliyev hər zaman ətraf mühitin mühafizəsinə xüsusi diqqət göstərib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması, ekoloji tarazlığın bərpası istiqamətində geniş vüsət alan hərəkatın əsası məhz Ulu öndər tərəfindən qoyulub. Bu gün ekoloji problemlərin həlli Azərbaycan dövlətinin diqqət mərkəzindədir. Məhz dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə bu istiqamətdə irimiqyaslı layihələr həyata keçirilir. Elə 2010-cu ilin “Ekologiya ili” elan olunması bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu ənənəyə sadiq qalan Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri ətraf mühitin mühafizəsi işində hər zaman fəallıq göstərir, geniş abadlıq və yaşıllaşdırma işləri aparır, ağacəkmə kampaniyalarını uğurla davam etdirirlər.
Aprelin 25-də YAP Qaradağ rayon təşkilatı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Dərin Özüllər Zavodu ilə birgə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar ağacəkmə aksiyası keçirib. YAP üzvləri və neftçilərin iştirakı ilə müəssisənin həyətində, həmçinin, həyətyanı sahəsində iməcilik keçirilib, ağaclar əkilib, abadlıq işləri aparılıb, salınmış yaşıllıqlara qulluq göstərilib. İməcilikdə ümumilikdə 200 ədəd müxtəlif növ ağac və kol bitkisi əkilib, qeyd olunub ki, ətraf mühitin qorunması ilə bağlı tədbirlər bundan sonra da davam etdiriləcək.
Ağacəkmə aksiyasından sonra açıqlama verən YAP Qaradağ rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Aydın Hüseynov deyib ki, YAP tərəfindən ilboyu çox müxtəlif tədbirlər həyata keçirilir. Təbii ki, bu tədbirlərin hər birinin özünəməxsus dəyəri var. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan tədbirlər xüsusi olaraq yaddaqalan və əhəmiyyətlidir: “Bu tədbirlərin həm tərbiyəvi, həm də mənəvi əhəmiyyəti böyükdür. Bu gün hər bir ölkənin üzərinə böyük məsuliyyət düşür ki, ekologiyanın qorunması, bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində ciddi işlər görsün. Çünki dünyada sənayenin inkişafına paralel olaraq ekologiyanın mühafizəsində qarşıya çıxan problemlər artmaqdadır. Ona görə də düşünürük ki, bu kimi aksiyaların keçirilməsi tək iməcilik deyil, eləcə də, paytaxt Bakının yaşıllaşdırılmasına olan böyük ehtiyacı ödəyir”.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

