Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Gəncədə “Akademik Zərifə Əliyeva-kamillik və müdriklik zirvəsi” elmi-praktik konfrans keçirilib

Gəncədə “Akademik Zərifə Əliyeva-kamillik və müdriklik zirvəsi” elmi-praktik konfrans keçirilib

29.04.2015 [10:22]

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatında şəhər İcra Hakimiyyətinin dəstəyi, şəhər Səhiyyə İdarəsinin təşkilatçılığı ilə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr olunan “Akademik Zərifə Əliyeva-kamillik və müdriklik zirvəsi” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda şəhər rəsmiləri, səhiyyə işçiləri, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən sənədli filmə baxıblar.
Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Naqif Həmzəyev Ulu öndər Heydər Əliyevin sədaqətli ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın doğum gününün bütün gəncəlilər, xüsusən partiya fəalları, ictimai-siyasi həyatımızın aparıcı qüvvəsi olan qadınlar üçün çox əlamətdar hadisə olduğunu bildirib və konfransın işinə uğurlar arzulayıb.
Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədov “Akademik Zərifə Əliyeva - kamillik və müdriklik zirvəsi” mövzusunda məruzə ilə çıxış edərək qeyd edib ki, Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən, “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə xanım Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf edib.
Oftalmologiya Xəstəxanasının baş həkimi Azər Məmmədov “Akademik Zərifə Əliyeva - milli oftalmologiyanın banisidir”, 1 saylı uşaq poliklinikasının baş həkimi Xalidə Sadıqova “Nurlu insan”, 2 saylı şəhər xəstəxanasının baş həkimi Roza Qafarova “Akademik Zərifə Əliyeva - ziyalı və qayğıkeş ana”, Oftalmologiya Xəstəxanasının həkimlərindən Ruhiyyə Məmmədova “Akademik Zərifə Əliyeva - ağıl, qüdrət və xeyirxahlıq məktəbi”, Sevil Allahverdiyeva “Akademik Zərifə Əliyeva - görkəmli alim, əvəzsiz insan” mövzularında çıxış ediblər.

Paylaş:
Baxılıb: 824 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30