Yüksək nəticə göstərməyi özümüzə borc sayırıq
30.04.2015 [09:58]
Ülvi Quliyev: Azərbaycan bayrağını ucaltmaq hər bir idmançımızın əsas qayəsinə çevrilməlidir
“Bakı-2015” birinci Avropa Oyunlarına sayılı günlər qalmaqdadır. Onu da qeyd edək ki, bu Oyunlar Azərbaycan karateçiləri üçün ikiqat bayram sayılır. Belə ki, uzun illərdir Olimpiya Oyunlarına düşə bilməyən karate idman növü ilk dəfə olaraq məhz “Bakı-2015” birinci Avropa Oyunlarında böyük arenaya qədəm qoyacaq. Milli Məclisin deputatı, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev qəzetimizə müsahibəsində həm bu, həm də Azərbaycan karateçilərinin yarışa hazırlıq səviyyəsi, o cümlədən, “Bakı-2015” birinci Avropa Oyunlarının əhəmiyyəti ilə bağlı məqamlara toxunub.
- Ülvi müəllim, “Bakı-2015” birinci Avropa Oyunlarına sayılı günlər qalıb. İlk olaraq, keçiriləcək bu möhtəşəm tədbirlə bağlı fikirlərinizi bilmək istərdik...
- “Bakı-2015” birinci Avropa Oyunları idman tarixi üçün əlamətdar bir hadisədir. Bu bir ilkdir və Azərbaycan bu yarışların keçirilməsi üçün standart müəyyənləşdirəcək. Bu faktın özü olduqca qürurvericidir. Digər tərəfdən, Azərbaycanın adət-ənənələrinin, mədəniyyətinin, tarixinin, milli xüsusiyyətlərimizin növbəti dəfə dünyaya çatdırılmasında birinci Avropa Oyunlarının müstəsna rolu olacaq. Yəni, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin xüsusi üstünlükləri var. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar bu gün öz məntiqi nəticəsini ortaya qoyur. Birinci Avropa Oyunları ilə əlaqədar mükəmməl təşkilat komitəsi yaradılıb və bizim hörmətli millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Təşkilat Komitəsinə rəhbərlik edir. Avropanın idman ictimaiyyətinin nümayəndələri ölkəmizin birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə çalışan Təşkilat Komitəsi tərəfindən aparılan hazırlıq işlərini yüksək qiymətləndirirlər.
- Qeyd etdiniz ki, bu, sadəcə, idman yarışı kimi yadda qalmayacaq, həm də böyük təbliğat xarakteri daşıyacaq. Artıq illərdir ki, Azərbaycan bir sıra mühüm beynəlxalq yarışlara uğurla ev sahibliyi edir. Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsində bu təcrübələrin rolu nə qədərdir?
- Vurğulamaq lazımdır ki, ölkəmizdə bu cür mötəbər bir idman yarışının keçirilməsi hər bir vətəndaşımız üçün qürur mənbəyidir. Prezident İlham Əliyevin birinci Avropa Oyunlarının məşəlini alovlandırmasının böyük simvolik mənası var. Belə ki, cəmi 25 ilə yaxın müstəqillik tarixi olan bir dövlət artıq dünyanın aparıcı idman ölkəsinə çevrilib. İştirak etdiyimiz Olimpiya Oyunlarında, Dünya çempionatlarında, qitə birinciliklərində Azərbaycan komandalarına ciddi rəqib kimi yanaşılır. Bütün idman növlərində inkişaf göz önündədir. Bütün bu uğurların əsasında isə Azərbaycanda idmana göstərilən dövlət qayğısı dayanır. Öz növbəsində, dünya idman ictimaiyyəti birinci Avropa Oyunlarının uğurla keçiriləcəyinə əmindir. Çünki ortada böyük təcrübə mövcuddur.
- Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti kimi ölkəmizi təmsil edəcək karateçilərin yarışlarda uğur qazanacağına inanırsınızmı?
- Təbii ki, karateçilərimizin böyük uğur qazanacağına inanıram. Çox təəssüf ki, bu günə qədər karate Olimpiya Oyunlarına salınmayıb. Ancaq artıq birinci Avropa Oyunlarına salındısa, bu ümumən dünya karateçilərinə, eyni zamanda, bizə, Azərbaycan karateçilərinə böyük hədiyyədir. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, buna görə bütün dünya karateçiləri cənab Prezidentə minnətdardırlar. Bu, bizim üzərimizə böyük məsuliyyət qoyur və biz də məsuliyyətimizi hiss edirik. Eyni zamanda, bu etimadı doğrultmaq bizim borcumuzdur. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində olacaq. Ona görə də bu, bizim üçün çox sevindiricidir.
- Karateçilərimizin yarışa hazırlıq səviyyəsi sizi qane edirmi?
- Təlim toplantıları keçirilir. Təbii ki, yüksək nəticə göstərən karateçilərimiz diqqətə alınıb. Yüksək səviyyədə məşqlər üçün hər cür şərait yaradılıb. Artıq hər şey idmançılarımızdan asılıdır. Dövlətimiz, Prezidentimiz idmançılarımızın uğur qazanması üçün maddi, mənəvi bütün dəstəyini nümayiş etdirib. Birinci Avropa Oyunlarında isə Prezident İlham Əliyev biz karateçilərə gücümüzü sınamağa, özümüzü göstərməyə və Azərbaycanda karatenin inkişaf səviyyəsini dünyaya nümayiş etdirməyə şans verib. Yüksək nəticə göstərməyi özümüzə borc sayırıq. Mən bunu idmançılarımıza da izah edirəm ki, cənab Prezident bizim üçün tarixi bir yol açıb. Bizim bu yarışlarda yüksək nəticə göstərməməyə haqqımız yoxdur. Azərbaycan Milli Karate Federasiyası birinci Avropa Oyunlarında təmsil olunacaq. Burada baş məşqçi Rəhman Hətəmov, məşqçilər Rəşad Hüseynov, Vahid Ayvazov, Oqtay Məmmədovun adını xüsusilə çəkmək istəyirəm. Komandanın kapitanı Rafael Ağayev dünyanın bir nömrəli idmançısıdır.
Fikrimcə, “Bakı-2015” birinci Avropa Oyunları gənclərimiz üçün xüsusi bir töhfə olacaq. Azərbaycan bayrağını ucaltmaq, dövlətimizi dünyaya tanıtmaq, ölkəmizin idmançılara göstərdiyi diqqət və qayğının əvəzini qaytarmaq hər bir idmançımızın əsas qayəsinə çevrilməlidir.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59

