/ / Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ümumi izləmə monitorunda aparılan yenilənmə işlərini başa çatdırıb
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi ümumi izləmə monitorunda aparılan yenilənmə işlərini başa çatdırıb
07.05.2015 [10:22]
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) I Avropa Oyunları zamanı Oyunlar keçiriləcək ərazilərdə nəqliyyat axınının izlənilməsini və nəqliyyat məlumatlarının ötürülməsinin daha operativ təşkili üçün ümumi izləmə monitorunda (BARCO) aparılan yenilənmə işlərini başa çatdırıb.
NİİM-dən AZƏRTAC-a bildirilib ki, ümumi sahəsi 120 kvadratmetr olan monitor müasir texnologiyaya cavab verən LED işıqlarla təchiz olunub. Bu isə daha dəqiq və mükəmməl görüntü, enerjiyə qənaət və monitorun daha effektiv çalışması deməkdir.
NİİM, həmçinin, yeni tipli Məlumat İnformasiya Tabloları da quraşdırıb. Hazırda yeni quraşdırılan tablolar test rejimindədir və yaxın müddətdə tam istifadəyə veriləcək. 48 ədəd Məlumat İnformasiya Tablosundan (VMS) əlavə, paytaxtın 8 nöqtəsində yeni tipli Məlumat İnformasiya Tablosu da quraşdırılıb. Belə ki, Ziya Bünyadov prospektində 8, Bakı Dairəvi Yolunda 4, Abdulvahab Salamzadə küçəsində 2 ədəd yeni tipli və ikitərəfli Məlumat İnformasiya Tablosu quraşdırılıb ki, bu tablolar əvvəlkilərdən fərqli olaraq, məlumatları yolun hər iki istiqamətində göstərməklə yanaşı, istənilən növ nəqliyyat məlumatını daha dəqiq görüntülərlə əks etdirir. Yeni tipli Məlumat İnformasiya Tabloları daha yığcam formada hazırlanıb və eyni vaxtda təqvimi, saatı, küləyin sürətini, havanın temperaturunu, yoldakı sürət həddini və sxemlər vasitəsilə nəqliyyatın hərəkətinin intensivliyini göstərir. Eyni zamanda, NİİM Lökbatan dairəsi yaxınlığında şəhərə giriş istiqamətində daha bir Məlumat İnformasiya Tablosu (VMS) quraşdırıb. Artıq bu istiqamətdən paytaxta gələn sürücülər bu tablo vasitəsilə şəhərə daxil olmamış yoldakı vəziyyətdən xəbərdar olacaqlar.
Qeyd edək ki, NİİM I Avropa Oyunlarının nəqliyyat məsələləri üzrə qərargahı seçilib və Oyunlar zamanı bütün nəqliyyat əməliyyatları NİİM-dən idarə olunacaq. Oyunlar zamanı nəqliyyat məsələləri ilə bağlı aidiyyəti üzrə bütün qurumların səlahiyyətli nümayəndələri qərargahda olacaq və qərargah 24 saat fəaliyyət göstərəcək.
Xəbər lenti
Hamısına baxDünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38

