/ / Bakı Dövlət Universitetində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub
Bakı Dövlət Universitetində “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub
09.05.2015 [13:09]
Mayın 8-də Bakı Dövlət Universitetində Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, nümayişdən əvvəl çıxış edən universitetin rektoru, akademik Abel Məhərrəmov bu günün tariximizə qanlı hərflərlə yazıldığını qeyd edərək, erməni qəsbkarları tərəfindən Şuşanın işğalından 23 il keçdiyini söyləyib.
Şuşa və ümumiyyətlə, Qarabağ uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rektor faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycanın müstəsna xidmətlərinin olduğunu vurğulayıb. O deyib ki, İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı böyük igidliklər göstərib. Bununla bərabər, Qələbənin əldə edilməsində arxa cəbhədə qazanılan uğurlar, xüsusən Bakı nefti böyük rol oynayıb. Müharibə illərində sovet cəbhəsinə verilən neftin 70 faizdən çoxu Azərbaycan neftçilərinin payına düşürdü. Bundan başqa, Azərbaycanda çox sürətlə inkişaf edən neft və kimya elmi düşmən tərəfi çox narahat edirdi. Yalnız bir faktı demək kifayət edər ki, o zaman Bakı Dövlət Universitetinin professoru olan Yusif Məmmədəliyev donmayan mühərrik yağları və yüksək oktanlı benzin kəşf etmişdi və bu aviasiya sənayesində böyük inqilab demək idi. Rektor vurğulayıb ki, buna görə faşist Almaniyası Bakını tutmaq və beləliklə də, müharibədə üstünlüyü əldə etmək istəyirdi.
A.Məhərrəmov bildirib ki, təqdim edilən “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi də bu məsələdən bəhs edir. Faşizm üzərində Qələbənin 70 illik yubileyinə həsr olunan bu layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil, rejissoru Robert Maqnerotdur. Vurğulayıb ki, 10 xarici dilə tərcümə olunan film dünyanın müxtəlif arxivlərində toplanmış sənədlərdən və tarixi xronikadan istifadə edilməklə hazırlanıb.
Rektor nəzərə çatdırıb ki, bu film tariximizi daha dolğun və dürüst bilməyə, həmçinin bu Vətəni daha artıq sevməyə, daha yüksək dəyərləndirməyə və onunla qürur hissi duymağa yardımçı olacaq.
Sonra universitetin professor-müəllim heyəti “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminə baxıblar.
Xronometrajı 52 dəqiqə olan rəngli sənədli filmin süjet xətti xalqımızın faşizm üzərində Qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin müharibə illərində strateji əhəmiyyətindən bəhs edir.
Filmin çəkilişi Bakı Media Mərkəzi və Fransanın sənədli film istehsalı sahəsində tanınmış “Clarke Costelle&Co” (CC&C) şirkəti tərəfindən aparılıb.
Çəkilişləri 14 ay davam edən “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin üzərində iş zamanı Azərbaycan, Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və Rusiya arxivlərində 200 saatlıq videomaterial, habelə çoxsaylı fotolar və digər sənədlər araşdırılıb.
Filmdə İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni baxış bucağından - neft uğrunda savaş prizmasından baxılır. Müharibənin ayrı-ayrı döyüş səhnələrini əks etdirən, bu günədək nümayiş olunmamış videokadrlar bərpa olunmuş rəngli formatda təqdim edilir.
Xəbər lenti
Hamısına baxSosial
29 İyul 13:50
Analitik
29 İyul 11:35
Mədəniyyət
29 İyul 11:28
Elm
29 İyul 11:12
Hadisə
29 İyul 11:11
İqtisadiyyat
29 İyul 11:10
Gündəm
29 İyul 10:54
Dünya
29 İyul 10:53
İqtisadiyyat
29 İyul 10:50
Gündəm
29 İyul 10:46
MEDİA
29 İyul 10:40
Gündəm
29 İyul 10:28
Dünya
29 İyul 10:25
Analitik
29 İyul 10:25
Dünya
29 İyul 09:42
Analitik
29 İyul 09:31
Maraqlı
29 İyul 09:22
Dünya
29 İyul 09:16
Dünya
29 İyul 08:45
Dünya
28 İyul 23:41
Dünya
28 İyul 22:50
Dünya
28 İyul 22:25
Dünya
28 İyul 21:35
Dünya
28 İyul 20:51
Dünya
28 İyul 20:15
Maraqlı
28 İyul 19:51
Dünya
28 İyul 19:28
İqtisadiyyat
28 İyul 19:20
Dünya
28 İyul 18:20
Dünya
28 İyul 17:53
Dünya
28 İyul 17:39
Elm
28 İyul 17:33
Dünya
28 İyul 16:54
Dünya
28 İyul 16:22
YAP xəbərləri
28 İyul 15:40
Dünya
28 İyul 15:35
Dünya
28 İyul 15:10
Dünya
28 İyul 14:42
Siyasət
28 İyul 14:26
Siyasət
28 İyul 14:25
Siyasət
28 İyul 14:24
Siyasət
28 İyul 14:23
Siyasət
28 İyul 14:21
Elanlar
28 İyul 14:20
Dünya
28 İyul 14:19
Dünya
28 İyul 13:50
Dünya
28 İyul 13:32
Gündəm
28 İyul 12:58
Dünya
28 İyul 12:58
YAP xəbərləri
28 İyul 12:33
Sosial
28 İyul 12:32
Sosial
28 İyul 12:31
Gündəm
28 İyul 12:25
Siyasət
28 İyul 12:01
Gündəm
28 İyul 11:49
İqtisadiyyat
28 İyul 11:26
Sosial
28 İyul 11:11
Sosial
28 İyul 11:11
Elm
28 İyul 11:10
Siyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50

