Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qobustanın su təchizatı yaxşılaşdırılır

Qobustanın su təchizatı yaxşılaşdırılır

13.05.2015 [09:48]

Azərbaycan Respublikası hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb. Mayın 10-da Qobustan şəhərində işlərin başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib.
Mərasimdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Qobustan şəhərində işlərə başlanması xoş bir günə - böyük dövlət xadimi, Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə təsadüf edir: “Heydər Əliyev strategiyasının layiqli davamçısı Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün 50-dən artıq rayonda içməli su və kanalizasiya layihələri icra olunur ki, bunların 40-da tikinti işlərinə başlanılmışdır. Artıq bu şəhərlərin bəzisində layihə tam başa çatıb, bəzisində içməli su şəbəkəsi üzrə işlər yekunlaşıb. Bu gün “Azərsu” ASC-nin sifarişi ilə 27-ci şəhərdə - Qobustanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinə başlanılır. Qobustan rayonunda içməli su mənbələri məhduddur, rayon mərkəzində və kəndlərdə içməli su problemi müşahidə olunur. Prezident qısa müddətdə bu məsələnin həll edilməsi tapşırığını vermişdir. Bunu nəzərə alıb və bu gün təməli qoyulan layihənin icrasını gözləmədən 2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılmış, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları, anbarlar tikilmiş, Qobustan şəhərinə qədər 21 km uzunluğunda (325-220 mm polad borularla) magistral kəmər çəkilmişdir. Bu kəmərdən artıq rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilmişdir. Bu gün icrasına başlanan yeni layihə Qobustan şəhər əhalisinin içməli su və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdıracaqdır. İşlərin 2 il müddətinə başa çatdırılması nəzərdə tutulur, amma kollektivimiz çalışacaq işləri daha tez yekunlaşdırsın”.
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan şəhərinin su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib: “Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Qobustanda böyük quruculuq-abadlıq işləri görülür. Rayon əhalisinin kommunal problemlərinin həllinə xüsusi diqqət yetirilir. Xüsusi vurğulamaq istəyirəm ki, 2012-ci ildə Təsi kəndində qazılmış quyulardan şəhərə suyun verilməsi ötən yay müşahidə olunan quraqlıqda yarana biləcək su çatışmazlığının qarşısını aldı. Əhalinin həyat səviyyəsinin yaxşılaşmasına yönəlmiş bu layihənin icrasına görə şəhər sakinləri adından ölkə başçısı cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk”.
“Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək. Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi üçün Təsi kəndi yaxınlığında 6 ədəd subartezian quyusunun qazılması, məhsuldarlığı sutkada 3800 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğunun, su mənbəyində nasos stansiyasının, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarının, 7,1 km uzunluğunda anbarlararası xəttin inşası nəzərdə tutulur. Layihə çərçivəsində Qobustan şəhərində 61,4 km uzunluğunda içməli su şəbəkəsi tikiləcək, 3007 ünvana birləşmə veriləcəkdir. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin smart-kart tipli sayğacla təmin edilməsi nəzərdə tutulur. Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 687 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30