/ / Azərbaycan Avropa ailəsinin etimadını doğruldaraq Avropa Oyunlarını ən yüksək səviyyədə reallaşdıracaq
Azərbaycan Avropa ailəsinin etimadını doğruldaraq Avropa Oyunlarını ən yüksək səviyyədə reallaşdıracaq
14.05.2015 [10:01]
Azərbaycanda reallaşacaq birinci Avropa Oyunlarına qalan günlər azaldıqca, bu idman tədbiri haqqında müzakirələr daha da çoxalır. Heç şühbəsiz ki, məsələnin ölkəmiz və dünya idman tarixi üçün əhəmiyyətini vurğulayanlarla yanaşı, ölkəmizə qarşı qeyri-obyektiv, ədalətsiz tənqidi fikirlərə, “qara piar” kampaniyasına da rast gəlirik. Təəssüf ki, Avropanın bir sıra tanınmış media orqanları da bu kampaniyaya, Azərbaycanda insan haqlarının durumu ilə bağlı manipulyativ məlumatlara yer verir. Hətta həmin nəşrlərdə Avropa ölkələrinə oyunların boykot edilməsi ilə bağlı çağırışlar da edilir.
Hələlik isə anti-Azərbaycan “silahı” ilə “zireh”lənmişlərə diqqət çəkmək istərdim. Təəssüf ki, Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları davamlı şəkildə gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu dəfəki fürsəti də əldən vermək istəmir və ilk Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar.
Müstəqillik qazandığımız zamandan bu günə kimi Azərbaycanın beynəlxalq sferada hər sahədə yüksələn xətt üzrə inkişafı danılmazdır. Bir-birini əvəzləyən və dayanmadan davam edən beynəlxalq miqyaslı siyasi, mədəni layihələr, konfrans və tədbirlər bunların sırasındadır. Lakin acı da olsa bir reallıq mövcuddur ki, müstəqil Azərbaycanın qısa müddətdə qazandığı bu yüksək mövqe kimlərinsə marağına uyğun gəlmir, onları qıcıqlandırır, qısqandırır. Buna fakt kimi, çox uzağa getməyərək, əksəriyyətimizin qürur duyduğu “Eurovision” mahnı müsabiqəsinin Azərbaycanda reallaşmasını qeyd etmək olar. O zamanlar bu mahnı yarışmasına ev sahibliyi şansını qazanan Azərbaycana yönələn təxribatları hamımız yaxşı xatırlayırıq. Çox təəssüf ki, Azərbaycanın uğurlarına qısqanclıqla yanaşan bəzi xarici dairələr, onlara bağlı olan beynəlxalq QHT-lər və media qurumları indi də Azərbaycana və Avropa Olimpiya hərəkatına qarşı qərəzli kampaniyaya start veriblər. Bu kampaniyalar çərçivəsində oyunların boykotundan tutmuş, ən primitiv ləkəyaxmaya qədər hər cür addımlar atırlar. Belə “fövqaladə missiya”da daxili, xarici “qəhrəman”larla yanaşı erməni lobbisi də olduqca “ciddi” işlə məşğuldur.
Sözügedən qüvvələr dəqiq hesablayıblar ki, birinci Avropa Oyunları ilə Azərbaycan müəyyən mənada özünü dünyaya daha geniş şəkildə çıxara bilir, ölkənin dünya teleməkanında təqdimatları gedir. Çünki Avropa Oyunları bir ölkənin təqdimatı üçün böyük və uğurlu bir layihədir. Ona görə də hər birimiz fərqində olmalıyıq ki, bu məsələdə bütövlükdə hədəf Azərbaycandır. Bəli, məhz Azərbaycan! Amma bir sıra anti-Azərbaycan qüvvələrin ölkəmizi gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək. Azərbaycan Avropa ailəsinin ona göstərdiyi etimadı doğruldaraq Avropa Oyunlarını ən yüksək səviyyədə reallaşdıracaq. Düşünürəm ki, kimliyindən və aid olduğu mühitindən asılı olmayaraq, hər birimiz ilk Avropa Oyunlarının Azərbaycanda uğurla reallaşması üçün öz gücümüzdən səmərərli istifadə etməliyik. Çünki bu sənin, mənim, onun yox, Azərbaycanın, yəni bizim Vətənin növbəti sınağıdır!
Ceyhun Ələkbərov
“Soyqırım Həqiqətlərinin
Tanıdılması” İctimai Birliyinin sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25

