Paytaxtdakı yanan binada xəsarət alanların səhhəti yaxşılaşır
21.05.2015 [09:52]
Azər Maqsudov: Yanğından zərər çəkmiş sakinlər dövlət tərəfindən tam diqqət və qayğı ilə əhatə olunublar
Xəbər verildiyi kimi, mayın 19-da saat 11-00 radələrində paytaxtın Binəqədi rayonu ərazisində, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 15 nəfər həlak olub, 30-dan artıq sakin yanıq xəsarəti və tüstüdən zəhərlənmə diaqnozu ilə müxtəlif tibb müəssisələrinə yerləşdirilib. Xəstələrin vəziyyəti ilə maraqlanmaq üçün Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yollandıq.
Şöbənin müdiri, tibb elmləri doktoru Azər Maqsudovun sözlərinə görə, yanğın nəticəsində xəsarət alaraq şöbəyə yerləşdirilən 33 nəfər xəstənin böyük əksəriyyətinin sağlamlığı artıq bərpa olunub. “İlk gün bir qədər ağır keçdi. Hadisə ilə əlaqədar şöbəmiz gücləndirilmiş iş rejimi ilə çalışdı. İstirahətdə olan həkimləri də geri çağırdıq. Zərərçəkmişlər ilkin tibbi müayinə edildikdən sonra onlara operativ yardımlar edildi. Birinci gün 19 xəstə şöbədə stasionar müalicə üçün saxlanıldı, onlardan 4-ü uşaq idi. Bu gün (dünən-red.) isə şöbədə artıq 12 xəstəmiz var ki, onlardan 3-ü uşaqdır. Yaşlı xəstələrdən 5-nin vəziyyəti orta ağır olaraq qalır, 4 xəstənin isə vəziyyəti hələ də ağırdır. Şükürlər olsun ki, uşaqlar arasında heç bir ağırlaşdırıcı fəsadlar müşahidə olunmur”, - deyə A.Maqsudov vurğulayıb.
Şöbə müdiri daha sonra qeyd edib ki, xəstələrin vəziyyəti daim dövlət rəsmiləri tərəfindən diqqətdə saxlanılır, onlara hərtərəfli qayğı göstərilir: “Xəstələr şöbəyə daxil olandan indiyədək Səhiyyə Nazirliyinin rəhbərliyi buradadır və xəstələrin vəziyyəti ilə maraqlanır. Onlara bütün zəruri dərmanlar verilib, xəstələrin qidalanmalarına xüsusi diqqət yetirilir. Səhiyyə naziri Oqtay Şirəliyev bu gün bütün xəstələrə baş çəkərək onların vəziyyəti ilə maraqlandı, lazımi tapşırıqlarını verdi. Hesab edirəm ki, artıq sabah (bu gün-red.) xəstələrin böyük əksəriyyəti təxliyyə olunacaqlar”.
Azər Maqsudov, həmçinin, əlavə edib ki, xəstələrə operativ tibbi nəzarəti həyata keçirmək, eləcə də, doğmaları ilə ünsiyyət saxlamaq üçün onlar binanın birinci mərtəbəsinə, iki qoşa palataya köçürülüblər.
Xəstəxanada olduğumuz zaman elə xəstələr də, onların yaxınları da həkimlər, eləcə də, dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə etdilər.
Rəhilə Ələkbərova qeyd edib ki, o, təsadüfən bu bədbəxt hadisənin qurbanına çevrilib: “Həmin gün anamgilə qonaq gəlmişdim. Onların mənzili binanın 15-ci mərtəbəsində yerləşir. Hamımız evdə idik. Anamla salonda oturub söhbət edirdik. Birdən gəlinimiz mətbəxdən qışqıra-qışqıra otağa daxil oldu. Elə bu anda pəncərədə qara tüstü və alov göründü. Nə baş verdiyini anlamağa çalışarkən bir də gördük ki, binanı alov bürüdü. Bir anın içində pəncərələr alışıb-yandı, otaqlara qara tüstü doldu. Nə edəcəyimizi bilmirdik. Evdə balaca uşaqlar da var idi. Özümüzü itirmişdik. Qapını açıb pilləkənlərə tərəf qaçmaq istəyirdik ki, aşağı mərtəbələri də alov bürüdüyünü gördük. Çarəsiz qalıb, kiminsə bizi xilas edəcəyi ümidi ilə mənzilə qayıtdıq. Hamımız tüstüdən zəhərləndik”.
Rəhilə xanımın sözlərinə görə, əlaqədar dövlət qurumları vaxtında zəruri tədbirlər görməsə idi, yanğından xəsarət alanların sayı daha artıq ola bilərmiş. “Sağ olsunlar, vaxtında bizi xilas edə bildilər və xəstəxanaya çatdırdılar. Burada bizə hərtərəfli yardım göstərilir, həkimlərin diqqət və qayğısını daim hiss edirik. Buna görə ölkə rəhbərliyinə minnətdarlığımızı bildiririk”, - deyə Rəhilə Ələkbərova vurğulayıb. O, həmçinin, əlavə edib ki, fövqəladə vəziyyət və bədbəxt hadisələrdən heç bir dövlət sığortalanmayıb: “Belə hallar istənilən ölkədə baş verə bilər. Əsas odur ki, dövlət rəsmiləri, əlaqədar qurumlar bizi darda qoymadılar, vaxtında bizə yardım göstərdilər”.
Digər müsahibimiz Nərmin Həmidova isə yanan binadan sağ çıxmasını möcüzə hesab edir. “Mənzilimiz binanın 14-cü mərtəbəsində yerləşir. Evdə tək idim, mətbəxdə səliqə-sahman işləri görürdüm. Birdən pəncərəmizə qara tüstü dumanı çökdü və bir neçə saniyə keçmiş pəncərəmiz alışıb-yanmağa başladı. Düz pəncərənin qarşısında dayanmışdım. Nələrin baş verdiyini dərk etməyə çalışırdım. Sanki hansısa bir qorxulu filmi izləyirdim. Güclü alov dalğaları üstümə gələndə birdən ayıldım. Tez mənzilin qapısını açıb aşağı qaçmaq istədim, gördüm üst qonşularımız da eyni təlaş içindədilər. Aşağı getmək isə mümkün deyildi. Pilləkənləri və liftin şaxtasını da alov bürümüşdü. Odur ki, təkrar mənzilə qayıtdım. Otaqlara qara tüstü dolmuşdu. Nəfəs almaq mümkün deyildi. Boğulurdum. Divarın küncünə sıxılıb qalmışdım, Allahdan ümid diləyirdim. Bir müddət belə qaldım. Birdən yanğınların arasında xilasediciləri gördüm, elə o anda da huşumu itirmişəm. Bir də gözümü açanda başımın üstündə həkimləri gördüm. Sağ olsunlar, məni təkrar həyata qaytardılar”, - müsahibim deyir.
Nərmin Həmidova, həmçinin, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə xilasedicilərə minnətdarlığını bildirib. “Buraya gətirildikdən sonra isə həkimlərin diqqət və qayğısını gördük. Artıq iki gündür burdayam, bu müddətdə dövlət rəsmiləri tez-tez palatamıza gələrək, vəziyyətimizlə maraqlanırlar. Bizə tibbi və qida sarıdan bütün köməkliklər olunub. Odur ki, bizə göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyev başda olmaqla bütün dövlət rəsmilərinə təşəkkürümü bildirirəm”, - deyə Nərmin Həmidova vurğulayıb.
Nərmin xanımın palata yoldaşı Sədaqət Abdullayeva da qonşusunun fikirlərinə şərik olduğunu, burada onlara yüksək səviyyədə diqqət və qayğı göstərildiyini qeyd edərək, ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Səlim LOĞMANOĞLU
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

