Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azercell” baza stansiyalarının sayını 4788-ə çatdırdı

“Azercell” baza stansiyalarının sayını 4788-ə çatdırdı

11.06.2015 [09:27]

“Azercell Telekom” həm abunəçi sayına, həm də təqdim etdiyi rabitə xidmətinin keyfiyyətinə görə Azərbaycanın lider mobil operatoru olmaqda davam edir. “Azercell”in təklif etdiyi keyfiyyətli rabitə abunəçinin harada olduğundan asılı olmayaraq, öz yaxınları ilə hər zaman rahat əlaqə qurmaq imkanı deməkdir. 2014-cü ildə 169-dan çox 2G/3G Radio Baza Stansiyası quraşdıran və 3G şəbəkəsinin tutumunu rekord səviyyədə (ölkə üzrə 48 faiz, Bakı şəhəri üzrə 92 faiz) gücləndirən şirkət bu ilin əvvəlindən indiyədək yeni 2G, 3G və 4G baza stansiyasını abunəçilərin istifadəsinə verib. Şirkətdən verilən məlumatda qeyd olunur ki, təkcə son 3 ayda “Azercell” 20 ədəd 2G, 84 ədəd 3G və 7 ədəd 4G baza stansiyası quraşdırıb. Ümumilikdə, hal-hazırda ölkə ərazisində “Azercell”in 2680 ədəd 2G, 1844 ədəd 3G və 264 ədəd 4G baza stansiyası mövcuddur. Hər zaman abunəçilərini yüksək səviyyəli xidmətlə təmin etmək üçün öz şəbəkəsini təkmilləşdirən “Azercell” toplam 4788 baza stansiyası ilə fəaliyyət göstərir. Məlumatda, həmçinin, qeyd olunur ki, Azərbaycanın ən geniş və güclü şəbəkəsinə sahib olan və daima keyfiyyəti ilə seçilən “Azercell Telekom” son 2 il ərzində öz şəbəkəsini 25 faiz daha da gücləndirib. Bir sıra innovativ konsepsiyaları ilk olaraq Azərbaycana gətirən “Azercell” ölkədə ilk dəfə olaraq GSM texnologiyası, GPRS/EDGE, həmçinin, 4G şəbəkəsini təqdim edib. Şirkətin təşəbbüsü ilə Azərbaycanın bir neçə universitetində 3G və 4G sınaq laboratoriyaları yaradılıb. Sonda qeyd edilir ki, “Azercell” hər zaman olduğu kimi, öz abunəçilərinin ən qabaqcıl texnoloji yeniliklər və keyfiyyətli rabitə sisteminin üstünlüklərindən faydalanmasını təmin etməkdədir.
Səlim LOĞMANOĞLU

 
Paylaş:
Baxılıb: 754 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30