Mətbuat Şurası birinci Avropa Oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciət edib
12.06.2015 [09:29]
Azərbaycan Mətbuat Şurası birinci Avropa Oyunları ilə bağlı ölkə jurnalistlərinə müraciət edib.
Müraciətdə bildirilir ki, I Avropa Oyunları xalqımız və dövlətimiz üçün son dərəcə mühüm, qürurverici hadisədir. Belə anları bölüşmək təkcə sevincimizin ifadəsi deyil, eyni zamanda, mühüm vətəndaşlıq missiyamızdır. Bu missiyanın zəruriliyini şərtləndirən amillər sırasında bizim işimizə peşəkar kimi yanaşmaq məsuliyyətimizlə bərabər, həm də vətənpərvərliyimiz dayanır. Çünki I Avropa Oyunları ilə bağlı Azərbaycana qarşı başladılan xoşagəlməz kampaniya ümumən ölkəmizə qarşı total informasiya müharibəsi xarakteri daşımaqdadır. Mərkəzi ofisi Kanadanın Toronto şəhərində yerləşən Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (IFEX) dünyada yerləşən jurnalist qurumlarına və insan hüquqları təşkilatlarına ünvanladığı müraciət də fikrimizi qətiləşdirməyə əsas verir. Müraciət I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qarşı twitter kampaniyasına qoşulmağa çağırış mahiyyəti daşımaqdadır. Kampaniyanın iyunun 12-də saat 15.00-da Oyunların rəsmi twitter səhifəsində, “#Baku2015” hashtag-da aparılması nəzərdə tutulur. İnanırıq ki, Azərbaycan jurnalistləri həmin hashtag-da ölkəmizlə bağlı əsl həqiqətlərin yayılmasında fəallıq göstərəcək, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin (IFEX) “məqsədi”nin reallaşmasına yol verməyəcəklər.
Müraciətdə deyilir: “I Avropa Oyunları ilə bağlı bu cür xoşagəlməz kampaniyalar indiyədək də aparılıb. Belə halların davamlı xarakter daşıyacağı da istisna deyil. Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsi kimi qurumların əsl niyyətindən xəbərsiz olan dünya QHT-lərinin reallığı bilmədən ölkəmiz haqqında neqativ ictimai rəyin formalaşmasında rol oynamaları mümkündür. Buna görə də sizləri mötəbər idman hadisəsi müddətində xüsusilə diqqətli olmağa, həssaslıq nümayiş etdirməyə, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması prosesində daha yaxından iştiraka çağırırıq. Əminik ki, Azərbaycan ictimai rəyinin avanqardı olan mediamız sınaqdan layiqli şəkildə çıxacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 İyul 10:58
Siyasət
28 İyul 10:33
Sosial
28 İyul 10:15
YAP xəbərləri
28 İyul 10:11
Analitik
28 İyul 09:50
Analitik
28 İyul 09:34
Analitik
28 İyul 09:17
Sosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20

